Əhməd Vəhidi: Azərbaycanın İran xalqı və hökumətindən yaxşı dostu olmayacaq
https://azeri.sahartv.ir/news/İran-i400706-Əhməd_vəhidi_azərbaycanın_İran_xalqı_və_hökumətindən_yaxşı_dostu_olmayacaq
İran İslam Respublikasının daxili işlər naziri Azərbaycan Respublikası ilə bağlı mühüm açıqlama verib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 11, 2023 12:23 Asia/Baku
  • Əhməd Vəhidi: Azərbaycanın İran xalqı və hökumətindən yaxşı dostu olmayacaq

İran İslam Respublikasının daxili işlər naziri Azərbaycan Respublikası ilə bağlı mühüm açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən, İyunun 9-da Xudafərində İranla Azərbaycan sərhədində tikilmiş müştərək su bəndinə baxış keçirərkən sionist rejimin region ölkələri arasında ixtilaf və təfriqə yaratmağa çalışdığını bildirən Əhməd Vəhidi vurğulayıb ki, İran İslam Respublikası öz qonşularına dostluq əlini uzatmışdır.  

Fars Xəbər Agentliyinin məlumatına görə, cənab Vəhidi qeyd edib ki, Azərbaycan Respublikasının İran xalqından və hökumətindən yaxşı dostu olmayacaq, xüsusilə də Azərbaycan Respublikası xalqının İran xalqı ilə uzun əsrlik əlaqələri var.

Daxili işlər naziri sözlərinə belə davam edib: “Sionist rejim həmişə bölgə üçün ixtilaflar və problemlər yaratmağa çalışır, lakin İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olacaq və ziyan edəcəkdir”.

İranlı nazir söhbətinin sonunda İranla düşmənçilik etmiş Səddam rejimi və ABŞ-ın necə ziyana uğradıqlarını xatırladıb və əlavə edib: “Biz qonşularımızı dostlarımız hesab edirik və onlarla hərtərəfli əlaqələri gücləndirmək istəyirik”.