İran-Rusiya müqavilələrinin icrası təqib edilib
https://azeri.sahartv.ir/news/İran-i400831-İran_rusiya_müqavilələrinin_icrası_təqib_edilib
İranın yol və şəhərsalma naziri kombinə edilmiş nəqliyyatın reallaşması üzrə müzakirələr, həmçinin şimal-cənub dəhlizi mehvəri ilə nəqliyyat sektorları, hava, liman, tranzit şəbəkəsi və dəhliz sahələrində əldə olunmuş razılaşmaların təqib edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2023 14:11 Asia/Baku
  • İran-Rusiya müqavilələrinin icrası təqib edilib

İranın yol və şəhərsalma naziri kombinə edilmiş nəqliyyatın reallaşması üzrə müzakirələr, həmçinin şimal-cənub dəhlizi mehvəri ilə nəqliyyat sektorları, hava, liman, tranzit şəbəkəsi və dəhliz sahələrində əldə olunmuş razılaşmaların təqib edilməsindən xəbər verib.

Rusiyanın Sankt-Peterburq şəhərində 26-cı illik iqtisadi forumunda iştirak üçün bu ölkəyə səfər edən Mehrdad Bəzrpaş deyib: Rusiya rəsmilərilə ikitərəfli görüşlər və iclaslarda bütün nəqliyyat sektorları, hava, liman, tranzit şəbəkəsi və dəhliz sahələrindəki son razılaşmaların təqib edilməsi barədə rus tərəflə çox sayda tədbirlər tərif edilibdir ki, onun əsas mehvəri, şimal-cənub dəhlizidir.

Bəzrpaş əlavə edib: İranın coğrafi mövqeyinə, həmçinin Xəzər dənizinə, eləcə də Fars Körfəzi və Oman dənizinin azad sularına qovuşmaya əsasən, bir çox ölkə bu sahədə həmkarlıq etməyə təmayül göstərir. Onlar dəniz nəqliyyatı sahəsində də Rusiyaya və digər qonşu ölkələrə, o sıradan Fars Körfəzi ətrafındakı ölkələrə çox sayda təklif verib və İranın liman layihələrində investisiya üçün öz hazırlıqlarını elan ediblər.

İranın yol və şəhərsalma naziri söyləyib: Şimal-Cənub dəhlizi halqası dəmiryolu bölməsi ilə məhdudlaşmır. Bu dəhliz həm də dənizdən-dənizə yönəlib, yəni bu halqa/ dəniz yolu, dəmiryolu, şose yolu və hətta hava yolu da daxil olmaqla müxtəlif detallara malikdir və kombinə edilmiş nəqliyyat halqası digər ölkələrlə paralel surətdə irəliləyir.

İyirmi altıncı Sankt-Peterburq illik iqtisadi forumu Rusiya prezidenti Vladimir Putin, MDB ölkələrinin prezidentləri və yüz otuzdan çox dünya ölkəsinin baş nazirləri və iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilir.

İclasın kənarında startap məhsulları, tibb innovasiyaları, bank və sığorta, nəqliyyat, kənd təsərrüfatı və sənaye nailiyyətlərindən ibarət bir sərgi keçiriləcək.

İqtisadi mübadilələrdə dolların yerinə, milli valyutalardan istifadə məqsədli çoxtərəfli müzakirələr, bank əməkdaşlıqları, müstəqil ölkələrə qarşı sanksiyaların zərərsizləşdirilməsi yollarının araşdırılması və müstəqil ölkələr arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi yolları mövzusu ilə/ iki yüz ixtisas iclasının keçirilməsi,/ iyirmi altıncı Sankt-Peterburq illik iqtisadi forumunun mühüm istiqamətlərindən elan olunub.