Cəmilə Ələmulhuda: Mənim dərs dediyim universitet ağaclarının ömrü Amerikanın ömründən çoxdur
İran prezidentinin həyat yoldaşı Venesuela televiziyası ilə müsahibədə deyib: İran mədəniyyəti və sivilizasiyası uzun keçmişə malikdir və Amerikanın meydana gəlməsinin yaşı ilə müqayisəediləsi deyildir.
Cəmilə Ələmulhuda Venesuelanın “Telesur” adlı televiziya kanalı ilə müsahibədə Qərbin gerçəkliyi dəyişdirmək üzrə media imkanına işarə ilə, deyib: Media diktatoru xüsusən İranda/ ailələri məhv etməyə çalışır. Bilirsiniz ki, biz bir neçə minillik sivilizasiyaya malikik. Amerikanın yaşı, mənim işlədiyim universitetdəki ağacların yaşından azdır. Elə buna görədir ki, Amerikanın etdiyi cəhdə iranlıların gülməyi gəlir.
Ələmulhuda sonra deyib: Bilirsiniz ki, həmişə bir mədəniyyəti qoruyan-/ ailədir. Ölkəmiz- İran, müxtəlif əsrlərdə bir çox gücün hücumlarını görüb- monqollardan, ərəblərdən və müxtəlif ölkələrdən- malik olduğu çox xas strateji mövqeyə görə. Bununla belə, bir kəs bizim/ ailə prinsiplərinin qorunması olan/ mədəniyyətimiz, dilimiz və adət-ənənələrimizi dəyişə bilmədi.
Cəmilə Ələmulhuda əlavə edib: Venesuelalı qadınların xeyli ziyalı olduqlarını gördükdə, çox sevindim. Onlar ziyalı olduqları halda, ailəyə də əhəmiyyət verirlər. Bu, məncə, çox-çox mühüm/ ortaq cəhətdir. Qadınların hüquqlarının tərəfdarı olan təfəkkür cərəyanları ailəyə çox əhəmiyyət vermirlər. Daha çox/ ailədaxili zorakılıqlar barədə bəhs edilir, halbuki evdən kənarda qadınlara qarşı mütəşəkkil zorakılıqlar son dərəcə kəskindir.