İyun 18, 2023 21:00 Asia/Baku
  • İslam İnqilabının Müəzzəm Rəhbəri:  Birgə imkanlardan istifadə etməklə qarşılıqlı əlaqələr daha da genişlənməlidir

İnqilabın Ali Rəhbəri Özbəkistan Prezidenti ilə görüşdə bildirib ki, İran və Özbəkistan təkrar olunmaz tarixə, elmi, ictimai və mədəni əlaqələrə sahibdir. Belə bir sıx və əhatəli bağlılıq müxtəlif sahələrdə də tətbiq edilməklə hazırkı əlaqələrin daha da genişləndirilməsi üçün istifadə edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Təəssüf ki, İranla Özbəkistanın əlaqələri uzun illər ərzində çox məhdud vəziyyətdə qalıb və ümid edirik ki, sizin bu səfəriniz və Tehranda keçirilən danışıqlar iki ölkə münasibətlərində gələcəyə daha da müsbət təsir bağışlayacaq.

İnqilabın Ali Məqamlı Rəhbəri həmçinin nəzərə çatdırıb ki, İran İslam Respublikası Özbəkistanı Türkmənistan və Əfqanıstan vasitəsilə asanlıqla dünya okeanına çıxışını təmin etmə qabiliyyətinə malikdir. Əlbətdə bizim qarşılıqlı əməkdaşlıq əlaqələrimiz təkcə ticarət və nəqliyyatla əhatələnməməli, elm və texnologiya sahəsi kimi digər sektorlarda mübadilə sferasında əlaqələrə də təşəbbüs göstərilməlidir.

Müzzəm Rəhbər həmçinin qeyd ediblər ki, təbii olaraq İran-Özbəkistan arasındakı əhatəli əlaqələrə mane yaradanlar da var, lakin bu əngəllərlə məhəl üoyulmayaraq asılı olmayaraq iki ölkənin maraqları əsasında qərar qəbul edilməli və mümkün qədər əməkdaşlığı genişləndirmək lazımdır"Bu görüşdə Özbəkistan Prezidenti də öz çıxışında bildirib ki, "Biz iki ölkə arasında münasibətlərin səngiməsinə və əməkdaşlığın azalmasına da təəssüfləniri və ümid edirik ki, Tehranda apardığımız danışıqlarımızın sayəsində ticarət, nəqliyyat, elm, turizm və texnologiya sektorlarında da böyük addımlar atacaq və əlaqələri yüksək səviyyəli əməkdaşlığa çatacağıq.Sərgidə İran xalqının əldə etdiyi uğurlar, xüsusilə elm və texnologiya sahəsində əldə etdiyi nailiyyətlər göstərir ki, bir xalq öz rəhbərinin müdrik tədbiri sayəsində birgə olaraq bütün təzyiqlərə rəğmən böyük məqsədlərə nail ola bilər"

Teqlər