İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
https://azeri.sahartv.ir/news/İran-i401112-İran_və_azərbaycanın_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı_olub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 25, 2023 17:01 Asia/Baku
  • İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

SəhərAzəri-nin məlumatına görə, İran və Azərbaycanın xarici işlər nazirləri arasında keçirilən söhbətdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və eləcə də ölkələr arası əməkdaşlıq perspektivləri əsas mövzu olub.

Tərəflər həmçinin müvafiq və səlahiyyətli qurumlar arasında danışıqların və qarşılıqlı təmasların vacibliyini də vurğulayıblar. Danışıqda iki ölkə arasında iqtisadi və nəqliyyat layihələri də daxil olmaqla regional əlaqələrin bir sıra məsələləri haqda fikirlər də səslənib.