Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefonla danışıb
İranla Rusiya arasına hərbi-texniki əməkdaşlıq genişləndirilir
Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilr: “İyunun 28-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, diviziya generalı Məhəmməd Baqiri arasında telefon danışığı olub. İkitərəfli münasibətlərin aktual məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və təmasları inkişaf etdirmək niyyətini təsdiqləyiblər”.
Qeyd edək ki, telefon danışığının sonunda general-mayor Baqiri general Şayqonu İran İslam Respublikasına səfərə dəvət edib.