Əmir Abdullahian Bakı səfərində Türkiyənin xarici işlər naziri ilə görüşdü
İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün dünən axşam (çərşənbə axşamı) Azərbaycana gedib.
Məlumata görə, Azərbaycan Respublikasının ev sahibliyi ilə Qoşulmama Hərəkatı nazirlərinin “Qoşulmama Hərəkatı: Meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli ” adlı iclası bu çərşənbə günü səhər Azərbaycan Respublikasının paytaxtı Bakıda başlayıb
Bu görüş çərçivəsində Əmir Abdullahian Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xatırladaq ki, bu görüş Hakan Fidanın Türkiyənin yeni xarici işlər naziri təyin edilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür.
İran İslam Respublikasının diplomatik xidmətinin rəhbəri görüş çərçivəsində nikaraqualı həmkarı Denis Monkada ilə də qısa söhbət edib.