İyul 21, 2023 15:21 Asia/Baku
  • Tehran və Bağdad İƏT iclasının təşkilinə təkid ediblər

İran və İraq xarici işlər nazirləri islami müqəddəslərə hörmətsizlik məsələsinin araşdırılması üçün İslam Əməkdaşlığı Təşkilatının iclasının keçirilməsini istəyiblər.

Hüseyn Əmir-Abdullahiyan və Fuad Hüseyn İsveçdə Qurani-Kərimə qarşı həyasızlığı kəskin tərzdə pisləyiblər.

Tərəflər həmçinin Qurani-Məcidə hörmətsiliyi söz azadlığına və rasionallığa qarşı hörmətsizlik adlandırıb və İsveç hökumətinin məsuliyyətsiz rəftarını pisləyiblər.

İran xarici işlər naziri İran İslam Respublikasının digər islami, eləcə də səmavi kitablara inanan ölkələrin kənarında Qurani-Məcidin müqədəssliyinə qarşı hörmətsizliklə mübarizədə çəkindirici və ahəngdar tədbirlərin görülməsinə hazır olduğunu vurğulayıb.

Hüseyn Əmir-Abdullahiyan virtual mühitdəki mesajında yazıbdır ki: Qurani-Kərimin müqədəssliyinə qarşı hörmətsizliyin təkrarlanması və İsveç hökumətinin bu mənfur hərəkəti müşayiət etmək üzrə məsuliyyətsiz rəftarı kəskin tərzdə pislənir. İlahi dinlərin heç birində səmavi kitablara və inanclara hörmətsizliyə yer yoxdur!

İsveç polisi   bundan qabaq belə bir alçaq əməli törətmiş şəxsə bir daha İraqın Stokholmda yerləşən səfirliyi önündə Qurani-Kərimi yandırmaq icazəsi verib.

 

Teqlər