Avq 04, 2023 14:32 Asia/Baku
  • İran xarici işlər naziri Kəraçiyə səfər edib

İran xarici işlər naziri İslamabaddan Kəraçiyə yola düşüb.

Hüseyn Əmir-Abdullahiyan Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdarinin dəvətilə yüksək səviyyəli siyasi, iqtisadi və parlament heyətilə çərşənbə günü gecə üçgünlük rəsmi səfər məqsədilə İslamabada daxil olub.

İran xarici işlər naziri bu gün Kəraçiyə səfərdə yerli dövlət rəsmiləri və iş adamları ilə görüşəcək.

Hüseyn Əmir-Abdullahiyan Pakistana rəsmi səfərinin ikinci günündə dünən Ravalpindi şəhərində Pakistan ordusunun komandanı general Seyid Asim Monirlə görüşüb və onunla ikitərəfli həmkarlıqlarla bağlı son dəyişikliklər ətrafında fikir mübadiləsi aparıb.

İranın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik və terrorizmlə mübarizə sahəsində İran İslam Respublikası ilə əməkdaşlıqda tamamilə ciddiyik- deyə, Pakistan ordusunun komandanı vurğulayıb.

Pakistan ordusunun yüksək rütbəli zabitlərinin də iştirak etdikləri görüşdə Əmir-Abdullahiyan Pakistanın yüksək vəzifəli rəsmilərilə görüşlərinə və bu səfərdə xüsusən təhlükəsizlik və sərhəd məsələləri sahələrində əldə olunmuş razılaşmalara işarə edib. Bildirib ki: Pakistan ordusunun əldə olunmuş razılaşmalara dəstək verməsi, qəti şəkildə bu razılaşmaların daha sürətlə icra olunmasında təyinedicidir.

İran xarici işlər naziri İslamabadda keçirdiyi ilk işgüzar görüşündə Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə müzakirə aparıb, sonra isə onunla birgə mətbuat konfransında iştirak edib.

İran xarici siyasət aparatının başçısı həmçinin Pakistanın baş naziri Şahbaz Şərif, eləcə də bu ölkənin milli məclisi və senatının sədrlərilə görüşüb.

Pakistanın istiqlaliyyəti tarixi qədər ömrə malik olan Tehran-İslamabad əlaqələri son illərdə  müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf edib.

Pakistan qonşu ölkələrdən biri kimi, 900 kilometrdən çox quru sərhədi ilə/ İraqdan sonra İranla ən uzun ortaq sərhədə malikdir.

 

Teqlər