Avq 14, 2023 19:02 Asia/Baku
  • “Yaxın gələcəkdə məhkəmə hökmünün çıxarılması gözlənilir”

İran İslam Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı yaxın gələcəkdə məhkəmə hökmünün çıxarılacağını bildirib.

Hüseyn Əmir-Abdullahiyan avqustun 13-də Xarici İşlər Nazirliyində Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə bildirib: “Son günlərdə bizim məhkəmə heyətimiz Bakıya səfər etdi və bizim məhkəmə heyətinin təhqiqatının bir hissəsi Tehranda başa çatıb və ümid edirik ki, tezliklə məhkəmə hökmü veriləcək”.

O, İran və Azərbaycan Respublikası arasında əlaqələrin vəziyyəti və bu ölkənin Tehranda səfirliyinin yenidən açılması ilə bağlı sualın cavabında özünün bu yaxınlarda Bakıya olan səfərinə toxunaraq deyib: “Azərbaycan Respublikasının səfirliyində baş verənlər şəxsi hərəkət idi və heç bir nöqsan yox idi, amma hər halda hadisə törədildi. Mən cənab İlham Əliyevə dedim ki, belə hadisələr hər yerdə baş verə bilər və təəccüblü deyil, səfirlik bağlanmamalı idi”. Əmir-Abdullahiyan qeyd edib ki, son günlər İranın məhkəmə heyəti Bakıya səfər edib və istintaqının bir hissəsi Tehranda yekunlaşıb, ikinci hissə isə məhkəmə kollegiyasının Azərbaycana səfəri zamanı Bakıda yerinə yetirildi. İndi bundan sonra tezliklə məhkəmə hökmü çıxarılmalıdır”.

İranlı nazir onu da xatırladıb ki, İslam Respublikasında Ədliyyə müstəqil qurumdur, bununla belə ədliyyə orqanları diplomatik yerlərin, diplomatların təhlükəsizliyinə çox həssas yanaşırlar, buna görə də onlar günahkarların mütləq cəzalandırılacağına söz veriblər. Xarici işlər naziri ümidvarlığını bildirib ki, hökmün çıxarılmasından sonra və mövcud maneənin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin mümkün qədər inkişaf etdirilməsi yolunda növbəti addımlar atılacaqdır.

 

Teqlər