Müəzzəm Rəhbər: "Düşmən fəaliyyətinin mühüm addımlarından biri SEPAH-ın imicinə ləkə gətirməkdir"
https://azeri.sahartv.ir/news/İran-i402688-müəzzəm_rəhbər_düşmən_fəaliyyətinin_mühüm_addımlarından_biri_sepah_ın_imicinə_ləkə_gətirməkdir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabı Keşikçiləri Korpusunun idarə heyəti ilə görüşündə düşmənin fəaliyyətinin mühüm addımlarından birinin İslam İnqilabı Keşikçiləri Korpusunun imicinə xələl gətirmək olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2023 11:42 Asia/Baku
  • Müəzzəm Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabı Keşikçiləri Korpusunun idarə heyəti ilə görüşündə düşmənin fəaliyyətinin mühüm addımlarından birinin İslam İnqilabı Keşikçiləri Korpusunun imicinə xələl gətirmək olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanlardan ibarət heyətinin bu gün (cümə axşamı) İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahul Uzma Xamenei ilə görüşüblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu görüşdə vurğulayıblar ki, " Düşmənin fəaliyyətinin mühüm addımlarından biri İİKK-nin, Bəsicin imicini təhrif etməkdir"

Həzrət Ayətullahul Uzma Xamenei çıxışında əlavə ediblər ki, "İslam İnqilabı Keşikçiləri Korpusuna, Bəsicə yaranmış diqqət onları (düşmənləri) narahat və qərarsız qoyur. Bu isə, onları (düşmənlər) İslam İnqilabı Keşikçiləri Korpusunun imicini yalan xəbər və şayiələrlə, hər cür hiylə və məkrlə təhrif etmələrinə məcbur edir"