Tehran-Ərriyad həmkarlıqlarında yeni səhifə açılır
https://azeri.sahartv.ir/news/İran-i402753-tehran_Ərriyad_həmkarlıqlarında_yeni_səhifə_açılır
«Mən bu qənaətdəyəm ki, region çoxtərəfli əməkdaşlıqların yeni səhifəsinə daxil olacaq. Belə bir dərk yaranıbdır ki, region daxildən yaranan baxışla və əcnəbilərə söykənmədən inkişafa doğru addım ata bilər». Bunu, İran xarici işlər naziri söyləyib.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Avq 19, 2023 08:41 Asia/Baku
  • Tehran-Ərriyad həmkarlıqlarında yeni səhifə açılır

«Mən bu qənaətdəyəm ki, region çoxtərəfli əməkdaşlıqların yeni səhifəsinə daxil olacaq. Belə bir dərk yaranıbdır ki, region daxildən yaranan baxışla və əcnəbilərə söykənmədən inkişafa doğru addım ata bilər». Bunu, İran xarici işlər naziri söyləyib.

Hüseyn Əmir-Abdullahiyan dünən gecə Səudiyyə Ərəbistanına səfərdən geri dönərkən jurnalistlərə müsahibə verib.

Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanla söhbətdə ikitərəfli mövzulara təkid etdik, zira Tehranla Ərriyad arasında hərtərəfli və stabil münasibətlərin formalaşmalı olması qənaətindəyik- deyə, İran xarici işlər naziri deyib.

İki tərəfin İran və Ərəbistanın yüksək imkanlarına təkidinə toxunan Əmir-Abdullahiyan söyləyib ki: Cənab Məhəmməd bin Salman İran və Ərəbistanın yüksək səviyyəli rəsmilərinin səfərləri gedişində imzalanması üçün, iki ölkənin uzunmüddətli əməkdaşlıq sənədi çərçivəsinin tənzim edilməsi istiqamətində ilkin addımların atılması haqda Ərəbistan xarici işlər naziri Bin Fərhana göstəriş verdi.

İran xarici işlər naziri həmçinin iki xalq üçün duyulası mənafelərə malik olsun deyə, İran və Ərəbistanın/ iqtisadi, ticari və turizm həmkarlıqlarını və sair real addımları vurğulamalarına işarə edib.

Əsas sənədlərin imzalanması, iki ölkə arasında birbaşa aviareyslərin bərpası və iranlıların ümrə həccə göndərilmələri sahələrində addımlar atmalıyıq- deyə, Hüseyn Əmir-Abdullahiyan vurğulayıb.

O, əlavə edib: Bununla bağlı, bizim həcc və  ziyarət rəsmilərimiz müqavilə bağlamaq üçün yaxın gələcəkdə Ərəbistana səfər edəcəklər. Biz də Ərəbistanın ziyarət və səyahət turistlərini qarşılamağa hazırıq.

İran İslam Respublikası Məhəmməd bin Salmanı Tehrana səfərə dəvət edib- deyən İran xarici işlər naziri Ərəbistan vəliəhdinin bu dəvəti qəbul etdiyini bildirib və Ərriyad rəsmilərinin mümkün olan ən yaxşı zamanda Tehranda iştirak üçün proqramlaşdırma apardıqlarını qeyd edib.