Avq 30, 2023 15:13 Asia/Baku
  • Prezident və nazirlər kabinetinin üzvləri İnqilab Rəhbərilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər İranın prezidenti və nazirlər kabinetinin üzvləri ilə görüşdə dövlətin fəaliyyətinin araşdırılması və bəyanı, həmçinin inqilab və son 43 ildəki mühüm hadisələri yad etmək və yaşatmağı dövlət həftəsinin iki əsas yanaşması adlandırıb və belə əlavə ediblər:

Xalq bütün hadisə və əhvalatlarda “inqilab sərgüzəştinin əsas qəhrəmanı” olub. Bu gerçəklik, dərs və ibrət mənbəyi olaraq, bu millətlə necə rəftar etməyi bütün məsul şəxslərə göstərir.

İnqilab Rəhbəri “İnqilab dövründə xalqın ümumi oyanışı”, “İmperializmin İnqilabın əzəməti qarşısındakı heyrəti”, “Dünya zorakılarının ardıcıl düşmənçilikləri”, “Səddamın hava hücumları qarşısında ölkənin və paytaxtın müdafiəsiz olması”, “Terrorçuların ölkə boyu meydan sulamaları və inqilabın ilk illərinin əmin-amansızlığı”, “İnqilabdan sonrakı müxtəlif dövlətlər və məclislərin göstəriciləri”, “Xalqın müqəddəs müdafiə qəhrəmanlığında və digər cəbhələrdə düşmənlər qarşısındakı təyinedici iştirakı ”,”Xalqın müxtəlif yürüş və mərasimlərdəki fədakar və təqdirəlayiq iştirakı”nı/ xatirələri ictimaiyyətin zehnində daim yaşamalı olan məsələlərdən adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu sahədə xalqın şəhid general-pasdar Hacı Qasım Süleymaninin dəfn mərasimindəki yaddaqalan iştirakını xatırladıblar. Qeyd ediblər ki: Oxşar məsələlər, o sıradan xalqın İsfahanda Ayətullah Nasirinin dəfn mərasimindəki çoxmənalı və geniş iştirakı, xalqın Qədir qonaqlığındakı heyranedici iştirakı/ xalqın ümumi cəhətlənməsinin göstəricisi/ və davam etdirilməli olan düzgün bir yoldur.

Xalqın ümidi və etimadını yaşatmağı dövlətin ən mühüm uğuru adlandıran Həzrət Ayətullahuluzma Xamenei, belə vurğulayıblar: Xalq görür ki, dövlət meydanın ortasında və ona xidmət göstərmək və problemləri həll etmək üçün səy göstərmək və iş görməklə məşğuldur və bu gerçəklik, ümumi ümid və etimadı çox miqdarda bərpa edibdir.

“Mədəniyyət və xarici siyasət sahələrində yaxşı yanaşmalar” və “İmperializmlə mübarizə və aristokratiyadan çəkinmək, zəifləri himayə etmək və ədalətsevərlik də daxil olmaqla inqilab şüarlarını nəzərə çarpdırmaq”/ İnqilab Rəhbərinin təkid etdikləri/ dövlətin digər görkəmli cəhətlərindən olub.

İnqilab Rəhbəri növbəti tövsiyədə ölkə iqtisadiyyatının inkişafındakı başlıca fəsli istehsal məsələsi adlandırıb və vurğulayıblar ki: İstehsalı zəiflədən hər bir amillə mübarizə aparın.

Kənd təsərrüfatı istehsalı sektorunda Ukrayna müharibəsinin baş verməsinin ardınca yaranan qida böhranına toxunan İnqilab Rəhbəri qida təhlükəsizliyi məsələsini olduqca mühüm adlandırıblar. Buğda kimi əsas istehlak mallarında iqtisadi müstəqillik zərurətinə dair öncəki ardıcıl tövsiyələrini xatırladan O həzrət qeyd ediblər ki: Qida təhlükəsizliyi məsələsi/ qəflətə qapılmamalı olan birinci dərəcəli məsələdir.

“Neftayırma zavodlarının inşası”, “Mədən sənayesində izafi dəyər halqasının təkmilləşdirilməsi və xammal satışının qarşısının alınması”, “Daxili nəqliyyat və əlaqə yolları, həmçinin beynəlxalq nəqliyyat imkanının artırılıması üçün həyati Şimal-Cənub və Şərq-Qərb marşrutlarının təkmilləşdirilməsi” və “Əvəzsiz dəniz imkanlarından istifadənin inkişaf etdirilməsi”/ İnqilab Rəhbərinin təkid etdikləri prioritetlərdən olub. O həzrət belə qeyd ediblər: Ölkədə mövcud olan iri təbii və insani imkanların hədər getməsinə yol verməyin!”

 

Teqlər