Rusiyanın ən iri bankı İranda yeni xidmətlərinə başladı
Rusiyanın ən böyük bankı müştərilərinə İrana pul köçürmə imkanı verən yeni xidmətə başladığını açıqlayıb.
Rusiyanın ən böyük bankı olan Sber cümə axşamı elan edib ki, müştərilərinə İrana pul köçürmə imkanı verən yeni xidmət istifadəyə verilib.
Bankın verdiyi məlumata görə, bu xidmət həm fiziki şəxslərə, həm də Sber hesablarından istifadə edən müəssisələrə əlçatandır.
“SberBank”-ın açıqlamasında deyilir ki, İrana pul köçürmə xidməti bizim üçün yenidir və ona olan tələbat hələ qiymətləndirilməyib. Bu xidmət ilk növbədə turistlər üçün nəzərdə tutulub.
Adı keçən bank, rublla pul köçürmələrini 1% standart beynəlxalq əməliyyat komissiyası ilə Pasargad İran Bankına göndərilir.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiyanın ikinci ən böyük bankı “VTB” İranda analoji xidmətə başlamış, daha sonra isə may ayında ölkədə filial açmışdı.
“VTB” İran İslam Respublikasında bank xidmətləri göstərən ilk Rusiya kreditorudur.
Bu hesabata görə, Moskva və Tehran son illərdə Qərbin iqtisadi sanksiyaları qarşısında münasibətlərini gücləndirib.
Rəsmi məlumatlara görə, 2022-ci ildə iki ölkə arasında mübadilə olunan mal və xidmətlərin dəyəri 15 faiz artaraq 4,6 milyard dollara çatıb.
Hər iki ölkənin bir çox əməkdaşlıq sahələrində, o cümlədən turizm sektorunda inkişaf müşahidə edilmiş və kömrük idarələrinin məlumatlarına görə, 2023-cü ilin birinci rübündə İrana daxil olan rusiyalıların sayı 2019-cu illə müqayisədə təxminən dörd dəfə artmışdır.