Sen 12, 2023 18:25 Asia/Baku
  • REGİON XALQLARI MƏNFUR DÜŞMƏN QARŞISINDA AYIQ OLSUN

İslam ümmətini həqiqi vəhdətə çatdıran, müsəlmanlar arasında müdrik rəhbərliyi, dərin uzaqgörənliyi, müqəddəs şəxsiyyət təcəssümü olaraq tanınan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Hz.

Ayətullahul Uzma İmam Xameneinin İranın şah rejiminə qarşı mübarizə mərkəzlərindən sayılan Sistan və Bəluçistan vilayətinin əhalisi ilə görüşü və O həzrətin bu məclisdə çıxışı zamanı toxunduğu nöqtələr olduqca mühüm hadisələrin xatırlanması ilə yanaşı, hazırda dünya və regionda baş verən dəyişikliklərə də aydınlıq gətirmişdir. İslam İnqilabının Əziz Rəhbəri Sistan və Bəlucistan xalqının istər şiə və istərsə də sünni alimlərinin rəhbərliyi ilə Tağut rejiminə qarşı birgə müqavimət hərəkatının aparılması və bu mübarizənin gözəl nəticələrindən danışaraq xalqın daima İslamın keşiyində duran rəhbərlərin yanında olmasını, onlarla zülmə qarşı hər zaman birlik göstərərək müavimət yaratmasını əziz iştirakçılara bir daha xatırlatmışdır. Bütün bu baş verənlərin sadəcə bir xatırlatama olmadığını buyuran İnqilab Rəhbəri Hz. İmam Xamenei, “düşmənə qarşı mübarizənin günümüzdə ən vacib məsələ olduğuna aydın şəkildə nümunəsidir” deyə təkid etmişdir.

İnqilab Rəhbərimizin bu gözəl bəyanatında yer alan, diqqət çəkən  məqamlardan biri isə, region xalqlarına, məxsusən, gənclərə buyurduğu olduqca əhəmiyyətli tövsiyyəsidir. O həzrət, dünyada sürətlə baş verən dəyişikliklərə toxunaraq daima öz uzaqgörən siyasəti ilə bu proseslərə açıqlama vermişdir. Ölkələri idarə edən dövlətlər və hökümət orqanlarının öz xalqaları qarşısnda daşıdığı ağır məsuliyyəti xatırladan Əziz İnqilab Rəhbərimiz dövlələrin xalqlara xüsusi qayğının göstərilməli olduğunu əks təqdirdə isə, öz ölkəsinə uzun müddət davam edən mənfi təsirlərlə barışmalı olacağını bildirmişlər. İngilislərin Hindistan xalqına zülm etdiyi bir vaxtda yuxuya getmiş hakimləri,  mərkəzi və şərqi Asiya xalqlarına hakim kəsilmiş məmurların səriştəsiz idarəçiliyi nəticəsində istismar edilməsi, Afrika və latın Amerika xalqlarının mənafeyini qəsb edərək müstəmləkə rejiminə məcbur edilməsini günümüzdə baş vermiş hadisələrə ən bariz nümunə olaraq göstərən İnqilab Rəhbəri bütün bunların, həmin istismar edilmiş xalqları yüz illər geriyə apardığını diqqətə çatdırmışlar. İslam İnqilabının Müdrik Rəhbəri Birinci və İkici Dünya Müharibələrinə də diqqət çəkərək buyurmuşlar ki, əgər Qərbi Asiya və şimali Afrika xalqları oyaq olsaydılar onlar İngilis, Fransa və Qərb ölkələrinin daşıdığı bəlalara düçar olmaz, onlara hakim olan dövlətlər bu böyük dəyişiklik dövründə zərər görməzdilər.

Bu gün region xalqlarının daha ayıq olmasını və baş vermis dəyişikliklər fonunda öz müqəddaratının həllində başlıca rol ifa etdiklərini buyuran Müəzzəm Rəhbər dunyanın qlobal güclərinin dəyişgən xəttinin əsas və ilkin əlamətinin istismarçı, hegemon güclərin məxsusə ABŞ vəAvropa dövlətlərinin zəifləməsinə işarə etmişlər. O həzrət,bu zəifləməyə əsas sübut olaraq artıq bu güclərin ölkələrə zorla müdaxilə edərək onlarda hakimiyyət dəyişikliyinin edə bilməməsini və sahib olduğu iqtisadi gücün itirildiyini vurğulamışlar. ABŞ və Qərb ölkələrinin Suriyada, Əfqanistanda on illərlə hakimiyyəti devirmək üçün apardıqları hibrid müharibənin heç bir müsbət nəticə vermədiyini xatırladan Müəzzəm Rəhbər düşmənin zəifləməsinin onun bizim üzərimizdə mənfur planının olmamaması anlamında başa düşülməsini deyil, əksinə daim öz ayıq-sayıqlığını qorumasını bir daha nəzərə çatdırmışlar.

 

 

 

Teqlər