Kənani: Onlar təkrar və mənasız sanksiyalar tətbiq etməkdə israrlıdırlar
https://azeri.sahartv.ir/news/İran-i403628-kənani_onlar_təkrar_və_mənasız_sanksiyalar_tətbiq_etməkdə_israrlıdırlar
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bir sıra Avropa ölkələrinin və ABŞ-nin İrana qarşı sanksiyalarına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2023 11:34 Asia/Baku
  • Kənani: Onlar təkrar və mənasız sanksiyalar tətbiq etməkdə israrlıdırlar

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bir sıra Avropa ölkələrinin və ABŞ-nin İrana qarşı sanksiyalarına münasibət bildirib.

Nasir Kənani ABŞ və Avropa ölkələrinin sanksiyalarını mənasız olaraq qiymətləndirib və deyib: “Təəssüflər olsun ki, insan haqları və qadın hüquqları ilə bağlı qaranlıq keçmişi olan bəzi tərəflər razılaşdırılmış və çılğın bir addımla İranda fitnə toxumu səpmək üçün siyasi və dəyərsiz bəyanatlar verirlər. Onlar təkrar və mənasız sanksiyalar tətbiq etməkdə israrlıdırlar”.

XİN sözçüsü İrana qarşı bu davranışların qeyri-konstruktiv olduğunu söyləyib və bildirib ki, qarşı tərəflər bu davranışları davam etdirməyin elə onların maraqlarına uyğun olmadığını anlamalıdırlar: “Bu qeyri-konstruktiv davranışların davam etdirilməsinin heç bir şəkildə onların maraqlarına uyğun olmadığını anlamalıdırlar”.

Diplomatın sözlərinə görə, İran xalqına, İran İslam Respublikasının milli suverenliyinə, tərəflərin təhlükəsizliyinə və ümumi maraqlarına hörmətə əsaslanan yeni siyasət qəbul edilməlidir.