Sen 18, 2023 22:33 Asia/Baku
  • İran Prezidenti: BMT güclərin deyil, millətlərin səsi olmalıdır.

İran İslam Respublikası prezidenti BMT-nin güclülərin səsi deyil, xalqların səsi olmasını bildirərək sözünün davamında deyib ki, " Xalqlar BMT-nin “millətlər” təşkilatı olmasını gözləyirlər, çünki o, sadəcə olaraq dövlətlər birliyi olarsa, millətlərin səsi eşidilməyəcək.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi axşam Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka gələrkən Birləşmiş Millətlər Təşkilatı və bu təşkilatın Baş Assambleyasının İran xalqının və ölkənin siyasi xəttinin digər ölkələr açıqlanması üçün münasib bir şərait olduğunu deyib. 

İran İslam Respublikası prezidenti bildirib ki, İran xalqının səsi həmişəkindən daha yüksəklərə çatır. Buna əsas səbəb isə, İran xalqının düşmənin ideoloji və hibrid müharibəsinə qarşı mübarizəsində böyük qələbə qazanmasıdır.

Xatırladaq ki, İran İslam Respublikasının prezidentinin bu səfərində ABŞ-ın siyasi, ictimai, dini və nüfuzlu media qrup və şəxslərlə görüşləri  nəzərdə tutulub. 

Teqlər