Sen 19, 2023 15:54 Asia/Baku
  • İranlı girovlar vətənə geri döndülər

ABŞ və İran arasında uzun danışıqlardan sonra əldə olunmuş məhbus mübadiləsi razılaşmasına uyğun olaraq sentyabrın 18-də 5 amerikalı məhbus İranı tərk edib, iki iranlı giro isə vətənə geri dönməyə imkan tapıb.

Məhbus mübadiləsi ABŞ-ın Fars körfəzi regionunda hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir.

Müşahidəçilər İslam Respublikasının öz hüquqlarını müdafiə etmək uğrunda diplomatiyadan səmərəli istifadə etdiyini bildirirlər.

ABŞ tərəfindən girovluqda olan günahsız İran vətəndaşlarının azad edilməsi və İranın aktivlərinin azad edilməsini məhz bu uğurlu diplomatiyanın məhsuludur.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani son razılaşma barədə deyib: “İranın Cənubi Koreyadakı aktivlərinin maliyyə blokadasının aradan qaldırılması və məhbusların mübadiləsi ilə bağlı iki tərəf arasında razılaşmanın icrası prosesi addım-addım və uyğun sürətlə irəliləmişdir”.

 

Teqlər