Şahçırağda terror aktı törədən şəxs edam cəzasına məhkum edilib
Fars vilayətinin Ədliyyə İdarəsinin rəisi Şahçırağda törədilən terror aktının əsas günahkarına ölüm hökmü verildiyini bildirib.
2023-cü il avqustun 13-də axşam saatlarında ŞahçIrağ (Ə) ziyarətgahında ikinci terror aktı baş verib. Bu hücumda müqəddəs hərəmin xidmətçilərindən biri və təhlükəsizlik qüvvələrindən biri şəhid olub, 7 nəfər yaralanıb.
Fars vilayətinin Ədliyyə İdarəsinin rəisi höccətülislam Seyid Kazim Musəvi deyib: "Şahçırağ (ə) hərəminin zəvvarlarına və xidmətçilərinə hücumla bağlı ilk təqsirləndirilən şəxs avqustun 13-də axşam saatlarında Şahçırağ ziyarətgahına hücum edənTacikistan əsilli Mustafa Əsləm Yar kimi tanınan Rəhmətüllah Novruzovdur.
O, əlavə edib: "Novruzov müharibə "Allaha qarşı düşmənçilik", fitnə və İranın təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunurdu ki istintaq prosesindən keçdikdən, Şirazın Ümumi Prokurorluğu və İslam İnqilabı Məhkəməsinə çağırış və ittihamnamənin verilməsi və məhkəmənin birinci şöbəsində 20 saatlıq dinləmənin keçirilməsindən sonra Şiraz İslam İnqilabı Məhkəməsinin birinci şöbəsi onu iki dəfə ölümə məhkum etdi".
Seyid Kazim Musəvi daha sonra deyib: "Birinci təqsirləndirilən şəxs, onun İŞİD-ə üzv olmaq və onunla əməkdaşlıq etmək, qorxu və vahimə yaratmaq məqsədilə odlu silahdan istifadə etməklə bağlı açıq etiraflarını nəzərə alaraq və İslam Cinayət Məcəlləsinin müddəalarına əsasən, müharibə və silahlı üsyan cəzasına məhkum edilib".
Musəvi ikinci və üçüncü dərəcəli təqsirləndirilən şəxslərin "yer üzündə müharibə və fitnə-fəsad törətmək"də köməklik ittihamından məhkəmə tərəfindən bəraət aldıqlarını bildirib və deyib: "Nəzərə alsaq ki, ikinci və üçüncü dərəcəli müttəhimlər terror aktında əsas təqsirləndirilən Rəhmətullah Novruzovun pis niyyətindən xəbərsiz idilər, bu iki ittiham üzrə bəraət aldılar. Onlara həbs cəzası verilib".