İran Silahlı Qüvvələrinin hərbi paradında müxtəlif raketlər və PUA-lar nümayiş etdirilib
https://azeri.sahartv.ir/news/İran-i403798-İran_silahlı_qüvvələrinin_hərbi_paradında_müxtəlif_raketlər_və_pua_lar_nümayiş_etdirilib
İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin hipersəsli “Fəttah” raketi və uzaq mənzilli “Pave” qanadlı raketi cümə günü paytaxt Tehranda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2023 14:39 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin hərbi paradında müxtəlif raketlər və PUA-lar nümayiş etdirilib

İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin hipersəsli “Fəttah” raketi və uzaq mənzilli “Pave” qanadlı raketi cümə günü paytaxt Tehranda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilib.

Müqəddəs Müdafiə Həftəsi ilə bağlı tədbirlərin başlaması münasibətilə silahlı qüvvələrin müxtəlif bölmələrinin iştirak etdiyi bu hərbi paradda ən son hərbi məhsullar, o cümlədən müxtəlif raketlər və dronlar nümayiş etdirilib.

Paradda diqqət çəkən məqamlardan biri İranın iki əsas raketinin, yəni Fəttah və Pavenin nümayişi olub, dörd "Fəttah" raketi və bir "Pave" raketi nümayiş etdirilib.

"Fəttah" 1400 km mənzilli və 13-15 Max sürəti ilə dəqiq idarə olunan iki mərhələli bərk yanacaqlı raketdir.

"Paveh" 1650 kilometr məsafə qət edə bilən yeni uzaqmənzilli qanadlı raketdir.

Paradda, həmçinin "Mühacir" və "Şahid" pilotsuz uçuş aparatları ilə birlikdə "dünyanın ən uzun mənzilli pilotsuz uçan aparatı" olan "Arəş" kamikadze dronu da nümayiş etdirilib.