Sen 23, 2023 15:19 Asia/Baku
  • İranla təhlükəsizlik müqaviləsi uğurla icra edilib

İraq xarici işlər naziri dünən axşam bu ölkənin İranla təhlükəsizlik müqaviləsinin uğurla icra edildiyini bildirib.

O, separatçı terrorçuların ixrac edilməsi barədə qeyd edibdir ki, Türkiyə Bağdadla belə razılaşmaya hazır deyil.

Fuad Hüseyn vurğulayıb ki, bu ölkənin Amerika ilə son müzakirələri iqtisadi, enerji, səhiyyə və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələr barədə olub.

Hüseyn İraq ilə İran İslam Respublikası arasında imzalanmış son müqavilə və separatçı qrupların iki ölkə sərhədlərindən çıxarılmaları barədə Əlcəzirə telekanalına deyibdir ki: Müqavilənin bütün bəndləri, xüsusən, iki ölkə sərhədlərində olan silahlı şəxslərin İraq Kürdüstanında yerləşən didərgin düşərgələrinə geri qaytarılmaları barədəki bənd, İraq tərəfindən icra edilib.

Müqavilənin siyasi və təhlükəsizlik önəminə toxunan İraq xarici işlər naziri vurğulayıbdır ki: İraq Kürdüstanı bölgələrinin İran tərəfindən bombalanmasının dayandırılması bu müqavilənin şərtlərindən biri olub və bunun qarşılığında silahlı şəxslər sərhədlərdən uzaqlaşmalı idilər. Federal hökumət Kürdüstan bölgəsinin həmkarlığı ilə bu işi uğurla həyata keçirdi. On doqquz sentyabr, İranın şimal-qərb sərhəd bölgələrində və İraq Kürdüstanı bölgəsində yerləşən separatçı qüvvələr və terrorçuların ixracı barədə İran-İraq təhlükəsizlik müqaviləsinin icrası üzrə möhlətin sonu olubdur.