İran Hərbi Dəniz Qüvvələrinin komandanı: Bizim gələcək planımız Antarktidada olmaqdır
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bəyan edib ki, bizim gələcəkdə planımız Antarktidada İranın qürurlu bayrağını ucaltmaq və o bölgədə birgə hərbi və elmi işlər görməkdir.
Admiral İrani bu gün, "Sabahın xeyir İran" proqramında verdiyi açıqlamada deyib: İslam İnqilabının Aliməqamlı Rəhbəri öz hikmətli bəyanatlarında dəniz qüvvələrini strateji qüvvə kimi xarakterizə ediblər ki, bu da bu qüvvədə mövcud olan potensialı göstərir.
O, xarici ölkələrin daim İranın dənizdəki mövcudluğunun qarşısını almağa çalışdıqlarına işarə edərək, deyib: "Biz Ordunun Hərbi Dəniz Qüvvələrində bu maneə və qorxunu aradan qaldırdıq və xarici ölkələrin fitnələrinin zirvəsində bu böyük şərəfə yəni 86-cı eskadranın beynəlxalq sularda iştirakına nail olduq.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı ordu donanmasının gələcək planına toxunaraq, deyib: "Bizim gələcək planımız Cənub Qütbündə İranın qürurlu bayrağını ucaltmaq və bu bölgədə birgə hərbi və elmi fəaliyyət həyata keçirməkdir.