Misir və əmirliklərin parlament sədrlərilə görüşlər konstruktiv olub
İran İslam Şurası Məclisinin sədri BRİKS Parlament Assambleyası sessiyasının kənarında Misir və əmirliklərin parlament sədrlərilə keçirdiyi görüşləri konstruktiv və üfüqaçan adlandırıb.
BRİKS qrupunun Parlament Assambleyasının doqquzuncu sessiyasında iştirak etmək üçün Cənubi Afrikanın İohanesburq şəhərinə səfər edən Məhəmməd Qalibaf Misir və əmirliklərin parlament sədrlərilə görüşləri barədə sosial mediada yazıb: Misir və əmirliklər kimi iki müsəlman ölkənin möhtərəm parlament sədrlərilə görüşlər konstruktiv və üfüqaçan olub; parlament əməkdaşlıqları səviyyəsi daim yüksələcək.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: BRİKS Parlament Assambleyası sessiyası əməkdaşlıqların artırılması imkanları barədə ciddi danışıqlar və ikitərəfli görüşlər üçün bir fürsət yaratdı.
BRİKS(BRICS) adı, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingiliscə adlarının ilk hərflərinin birləşməsindən ibarətdir. BRİKS, ötən əsrin doxsanıncı onilliyinin ortalarında Amerikanın təkvektorluluğunun kulminasiya dövründə yeni meydana gəlmiş iqtisadi güclərin təşkil etdikləri qrupun adıdır.