Düşmənlərin nəhs planları ilə yeganə mübarizə yolu
İran İslam Respublikası Ordusunun baş komandanının koordinator müavini İranın bütün sahələrdə inkişafını, düşmənlərin nəhs planları ilə yeganə mübarizə yolu adlandırıb.
Kontr-admiral Həbibullah Səyyari Xatəmulənbiya Hava Hücumundan Müdafiə Universitetinin tələbələri qarşısında deyib: Ordunun dördlü qüvvələri Müqəddəs Müdafiə dövrünün təcrübə və nailiyyətlərindən bəhrələnməklə tərəqqi pillələrini bir-birinin ardınca qalxıblar və bu gün ordunun korpusunda xarici oxşar nümunələri ilə rəqabət aparan modern yerli sistemlərdən bir çoxunun dizaynı və istehsalının şahidiyik.
Ordunun dəniz qüvvələrinin Müqəddəs Müdafiə dövründəki heyrətləndirici rəşadətlərindən bəzilərini şərh edən kontr-admiral Səyyari belə qeyd edib: Daxili biliyə söykənmə və ölkəmizin gənclərinin roluna etimadla qısa zamanda çox yüksək texnologiyaya malik olan müxtəlif modern təchizatlara əlçatanlıq həyata keçib və hazırda müxtəlif pilotsuz uçuş aparatı, helikopter və raket daşıma qabiliyyətinə malik olan sualtı qayıqlar və destroyerlərin dizaynı və istehsalının şahidiyik.