Okt 03, 2023 14:48 Asia/Baku
  • İnqilab Rəhbərinin əfv fərmanının detalları

İslam İnqilabının Böyük Rəhbəri iki min nəfərdən çox məhkumun cəzasının əfvi və ya azaldılması və dəyişdirilməsilə razılaşıblar.

İran İslam Respublikası məhkəmə hakimiyyətinin məhkəmə məsələləri üzrə sədr müavinin dediyinə görə, bu mərhələdə əfv və bağışlanma komissiyasında araşdırılmış/ əfv əldə etmək şəraitinə malik olan və adları məhkəmə hakimiyyətinin təsdiqi və İnqilab Rəhbərinin hüzuruna göndərilən iki min iki yüz səksən dörd nəfər barədə qeyd olunan hallar o həzrətin razılığı ilə qarşılanıb.

Sözügedən iki min iki yüz səksən dörd nəfərdən min on yeddi nəfər azadlığa buraxılmağa və məhkəmə işinə xitam verilməyə,/ yerdə qalan min iki yüz altmış yeddi nəfər də cəzasının azaldılmasına şamil olunubdur.

Bu etapda əfvə şamil olmuş şəxslərdən iki min dörd nəfərin işi ədliyyə idarələri, həmçinin ümumi və inqilab məhkəmələrinə, iki yüz qırx yeddi nəfərin işi hökumət cəza tədbirləri təşkilatına, otuz üç nəfərin işi isə silahlı qüvvələrin məhkəmə təşkilatına aid olubdur.

Bu mərhələdə amnistiyaya şamil olmuş şəxslərdən əlli iki nəfərin qəti cəzası,/ edam idi ki, cəzasının azaldılması ilə onların cəzaları həbslə dəyişdirilibdir. Qırx bir məhkum, müxtəlif ölkələrdən olan əcnəbi vətəndaş,/ on üç məhkum isə təhlükəsizlik işi ilə bağlı olub. Sözügedən məhkumlardan iki yüz otuz yeddi nəfər isə qadın olubdur

 

Teqlər