Okt 04, 2023 15:27 Asia/Baku
  • İran Ermənistan və Azərbaycan sərhəd    məntəqələrinə monitorinq qrupu göndərməyə hazırdır

General-mayor Baqiri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşündə bildirib ki, "bu regionda gərginliyin davam etməsi Ermənistan və Azərbaycanın və regionun digər ölkələrinin marağına xidmət etmir. Əksinə bütün səylər yaranmış gərginliyin aradan qaldırılmasına yönəldilməlidir. İran İslam Respublikası bu münaqişənin həllinə kömək etməyə hazırdır"

O, daha sonra deyib ki, " biz Ermənistan və Azərbaycan Respublikasının birgə sərhədlərinə monitorinq qrupu göndərməyə hazır olduğumuzu bildiririk.Heç bir ölkənin müdafiə qüdrətinin və hərbi potensialının artırılması təcavüzkar məqsəd və niyyətlərlə qarşılanmamalıdır. Regiondan kənar yeni aktorların olması isə, təkcə şəraitin mürəkkəbliyinə və qeyri-sabitliyin artmasına səbəb olacaqdır.

Teqlər