General-mayor Səlami: İradə etmişik ki, düşməni sındıraq
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: "İradə etmişik ki, Düşmənləri sındıraq, düşmənlərin planlarını alt-üst etmək üçün səylərimizi gücləndirəcəyik, çətin anlarda xalqın fədayisi olacağıq, əl-ələ verərək bütün fitnələri dayandıracağıq".
"TƏSNİM" xəbər agentliyinin məlumatına görə, general-mayor Hüseyn Səlami bu gün cümə axşamı Məşhəd şəhərində verdiyi açıqlamada deyib: "Biz bütün çətinlikləri, problemləri və müharibələri iman, fədakarlıq və Vəliyyi-Fəqihin rəhbərliyi və göstərişləri ilə dəf etdik. Biz heç bir mərhələdə təslim olmadıq, xalqımızın uca boyu heç bir hadisə qarşısında əyilmədi, düşmənlərimizə boyun əymədik və təslim olmadıq. Çətinliklər qarşısında diz çökmədik, heç kimə fidyə vermədik".
General-mayor Səlami qeyd edib ki, düşmənlər nəticə əldə etməyəndə İran xalqının canını, iqtisadi həyatını, məişətini, şərəf və ləyaqətini hədəfə aldılar, lakin hesablamalarındakı səhv onların İran xalqı qarşısında məğlubiyyətinin ən böyük səbəbi oldu".