İran islami ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasnın keçirilməsini təklif edib
İran və Omanın xarici işlər nazirləri Əmir-Abdullahiyan və Əlbusəidi Fələstin hadisələri barədə islami ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasnın keçirilməsini istəyiblər.
Hüseyn Əmir-Abdullahiyan/ Seyid Bədr bin Həməd Əlbusəidi ilə telefon əlaqəsində sionist rejimin son aylarda Fələstin xalqına qarşı törətdiyi cinayətlərə işarə ilə, deyib: Belə bir halda, Məscidüləqsaya qarşı hərbi təcavüz və hörmətsizlik ardıcıl şəkildə sionist rejimin iş gündəmində durur və sionist rejimin bu hərəkətlərinin nəticəsi, müqavimətin cavabı olubdur.
Omanın Fələstin xalqına dəstək istiqamətindəki mövqeyindən razılıq edən İran xarici işlər naziri söyləyib: İran və Oman daim Fələstini himayə ediblər və hazırkı şəraitdə Qəzzə və qərb sahilinin sakinləri hər zamandakından daha çox islami dövlətlərin himayələrinə ehtiyac duyurlar.
Oman xarici işlər naziri də bildiribdir ki: Oman da dünya və region ölkələri kimi Fələstin xalqının kədərinə şərik çıxır.
İran və Omanın xarici işlər nazirləri həmçinin region olayları barədə məşvərətlərin davam etdirilməsi və İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclasnın keçirilməsinin təqib edilməsi haqda razılaşıblar.