Rəisi: Sionist rejim hər an çöküşə yaxınlaşır
Prezident Rəisi bu gün Tehran camaatının anti-sionist toplantısında deyib: "Fələstinlilərin Yerə tökülən hər damla qanı ilə sionist rejim süquta bir addım daha yaxınlaşdır".
"FARS" xəbər agentliyinin məlumatına görə, Seyid İbrahim Rəisi bu gün Tehranın İnqilab meydanında İsrail rejiminin Qəzzədə Əl-Əhli Əl-Məmədani xəstəxanasına hücumunu pisləmək üçün toplaşan insanların qarşısında deyib: "Bu gün İslam ümməti üçün ümumi matəm günüdür. İnsanlıq üçün, dünyanın bütün şüurlu və vicdanlı insanları üçün ümumi matəm günüdür. Əmirəl-möminin (ə) təbirincə insan şəklinə malik olan, lakin qəlbləri heyvan qəlbi olan insana bənzərlərin törətdiyi dəhşətli cinayətə görə, ümumi matəm günüdür. Hansı insan bu dəhşətli cinayəti qəbul edər? Qadın və uşaqların öldürülməsini, xəstəxanaya hücumu kim qəbul edər?".
O, daha sonra deyib: "Sionist rejimin sonu xəstəxanaya hücumla başlayıb. Fələstinlilərin tökülən hər damla qanı ilə sionist rejim süquta bir addım daha yaxınlaşır".
Prezident Rəisi qeyd edib ki, Fələstin xalqının qəsbkar rejimə qarşı mübarizəsinin qısa tarixinə nəzər saldıqda, mübarizənin daş ilə başladığını, indi isə raketlərlə sona çatdığını görürük.
Prezident daha sonra deyib: "Fələstinlilər müqaviməti heç vaxt dayandırmadılar. Onlar müxtəlif İntifazələrdə öz hüquqlarını müdafiə etmək üçün ayağa qalxan mübariz bir xalqdırlar".
O, daha sonra vurğuladı ki, 1979-cu ildə İran İslam İnqilabı ilə Fələstin Müqaviməti öz hüquqlarını əldə etmək üçün daha da qətiyyətli oldu.
Rəisi Fələstin Müqavimətinin Əl-Əqsa Tufanı Əməliyyatına işarə edərək, bunu saxta sionist rejimin böyük məğlubiyyəti kimi qiymətləndirib.
Prezident əlavə edib: "Sionist rejimin Mossaddan başqa, daha 6 kəşfiyyat xidməti var. Bu rejim öz məğlubiyyətini cinayətləri ilə kompensasiya edə bilməz".
O, Qəzzə zolağına bu yaxınlarda başlanmış qəddar təcavüzdən sonra sionist rejim və ABŞ-a qarşı qəzəb və nifrətin hədsiz dərəcədə artdığını vurğulayaraq, qeyd edib ki, bu rejim və onun himayədarları ABŞ-a qarşı qlobal qınaq getdikcə daha çox artmaqdadır.
Qəzzədəki xəstəxanaya hücumun qlobal şəkildə pislənməsinin kifayət etmədiyini deyən prezident, bu gün müsəlman xalqlarının təsirli addım gözlədiyini vurğulayıb.