Qəsb olunmuş Fələstin ərazilərində modern vəhşiliyin yeni variantı ilə üzləşirik
https://azeri.sahartv.ir/news/İran-i404752-qəsb_olunmuş_fələstin_ərazilərində_modern_vəhşiliyin_yeni_variantı_ilə_üzləşirik
Sionist rejimin Qəzzədəki cinayətlərinin davam etməsinin ardınca İran xarici işlər naziri Vatikan xarici işlər nazirinə məktub ünvanlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2023 10:49 Asia/Baku
  • Qəsb olunmuş Fələstin ərazilərində modern vəhşiliyin yeni variantı ilə üzləşirik

Sionist rejimin Qəzzədəki cinayətlərinin davam etməsinin ardınca İran xarici işlər naziri Vatikan xarici işlər nazirinə məktub ünvanlayıb.

Hüseyn Əmir-Abdullahiyan Pol Riçard Qallagerə məktubunda yazıb: Dünyanın hər zamandakından daha çox asayiş, sülh və əxlaqa ehtiyac duyduğu bir halda, bu gün qəsb olunmuş Fələstin ərazilərində modern vəhşiliyin yeni variantı ilə üzləşirik.

Qəzzədə uşaq və qadınların sığındıqları tarixi Sent-Porfiliyus kilsəsinin bombalanması və Əlmuəmdani xəstəxanasına qarşı hücum kimi dəhşətli cinayətlər, sionist rejimin yırtıcı və vəhşi xislətinin digər bir cəhətini göstərir- deyə, İran xarici işlər naziri vurğulayıb.

Əmir-Abdullahiyan əlavə edib: Bu, onu göstərir ki, İsrail rejimi sistematik aparteid siyasətini nəinki müsəlmanlara, həm də xristianlar da daxil olmaqla bütün İbrahimi dinlərinin davamçılarına qarşı həyata keçirir.

Qəzzə əhalisinə yardımın göndərilməsi, həmçinin qadınlar və uşaqlar xüsusiyyət təşkil etməklə mülkilərə qarşı müharibə cinayətlərinin durdurulması sahəsində Vatikanın roluna toxunan Əmir-Abdullahiyan belə qeyd edib: Şübhəsiz, müsəlmanlar, xristianlar və yəhudilərin sionist rejimin cinayətlərilə mübarizədəki həmrəyliyi, əxlaqi dəyərlərin bərqərarı,/ asayişin dünyaya dönüşü və sionistlərin ifratçılıqlarının aradan qaldırılmasında təsirli rol oynayacaq.