Əmir-Abdullahiyan Əfqanıstan baş nazirinin müavini ilə görüşüb
Noy 05, 2023 15:23 Asia/Baku
Əfqanıstan qəyyumluq hökumətinin baş nazirinin iqtisadi məsələlər üzrə müavini Molla Əbdülqəni Bəradər və onu müşayiət edən yüksək səviyyəli iqtisadi nümayəndə heyəti bu gün İran Xarici İşlər Nazirliyinin binasında İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüblər.
Əfqanıstan heyətinin Tehrana daxil olması ilə bir zamanda, dünən gecə bu heyətlə İran İslam Respublikası rəsmiləri arasında ilk iqtisadi iclas keçirilib. İclasa İranın kənd təsərrüfatı cihadı naziri- Məhəmməd-Əli Nikbəxt ev sahibliyi edib.
İclasda kənd təsərrüfatı, su canlılarının yetişdirilməsi və ölkə xaricində becərmə sahələrindəki imkanlarını sadalayan tərəflər bu sahələr üzrə əməkdaşlıqların genişləndirilməsini istəyiblər.