İranla Kuba arasında yeddi əməkdaşlıq sənədi və birgə bəyanat imzalanıb
İran və Kuba prezidentləri və bu ölkələrin yüksək səviyyəli rəsmiləri yeddi əməkdaşlıq sənədi və birgə bəyanat imzalayıblar.
İran İslam Respublikası ilə Kuba arasında imzalanan memorandumlar və əməkdaşlıq sənədləri elm və texnologiya, səhiyyə, kənd təsərrüfatı, energetika, mədən və rabitə sahələrini əhatə edirlər.
Sənədlər İranın elm və texnologiya üzrə vitse-prezidenti, həmçinin kənd təsərrüfatı,// kooperasiya, əmək və sosial rifah nazirləri,/ eləcə də səhiyyə nazirinin müavini ilə kubalı həmkarları arasında imzalanıb.
İran İslam Respublikası ilə Kuba arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimində İran prezidenti Seyid İbrahim Rəisi və Kuba prezidenti Migel Dias-Kanel də ikitərəfli və strateji əlaqələrin dərinləşdirilməsi üzrə birgə bəyanat imzalayıblar.