Yan 17, 2024 10:52 Asia/Baku
  • İran BMT-də iddiaçı tərəfləri susdurdu

İranın BMT- dəki nümayəndəsi : " Suriya və İraqda İranın apardığı antiterror əməliyyatlar beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilib"

O açıqlamasında bildirib ki, İran İslam Respublikasının anti-terror əməliyyatları zəruri şəkildə həyata keçirilib və terrorçu dəstələrin yerləşdiyi qərargahlar dəqiq hədəfə alınıb. Bu İranın beynəlxalq öhdəliklərinə və eləcə də beynəlxalq humanitar hüquq qaydalarına tam mütənasiblik daşıyır.İrvani sözünün davamında deyib:" İranın anti-terror əməliyyatı Kermanda törədilmiş faciəvi terror aktlarına cavab olaraq həyata keçirilib.İran İslam Respublikası bir daha İraq Respublikası və Suriya Ərəb Respublikasının milli suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını və bu ölkələrə sarsılmaz sadiqliyini vurğulayır"

Teqlər