Yan 29, 2024 14:35 Asia/Baku
  • Əmir Abdullahian: “Pakistanla münasibətləri möhkəmləndirmək əsas hədəflərimizdəndir”

İran Xarici işlər naziri İslamabadda pakistanlı həmkarı ilə görüşündə Pakistanla əlaqələrin daha da gücləndirilməsini İranın xarici siyasətinin əsas prioritetləri sırasında yer aldığını bildirib. O, İran və Pakistana qarşı düşmənçiliyin bu iki ölkənin bağlarını qıra bilməyəcyini və gələcək əməkdaşlıq istiqamətində daha da irəliləyişlərin əldə ediləcəyini diqqətə çatdırıb.

Məlumata görə, İran Xarici işlər naziri Hüseyn Əmirabdullahian bu gün (29 yanvar) pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüşüb.

Cənab Cəlil Abbas Cilani İranın diplomatik heyətini qarşılayarkən bu görüşün hər iki ölkənin qarşılıqlı sıx əlaqələrin gücləndirilməsi istiqamətində tərəflərin öz öhdəliyinə sadiq qalmasından irəli gəldiyini bildirib.

Əmir Abdullahian pakistanlı həmkarı ilə görüşün keçirilməsini müsbət qiymətləndirərək bildirib ki, bu gün biz İslamabadda olmağımızın əsas məqsədi İranın 13-cü dövlətinin öz qonşuluq siyasətinə sadiqliyini bir daha təkid etmədir.

O daha sonra əlavə edib ki, şübhəsiz İran və Pakistan arasında əlaqələrin inkişafı və möhkəmlənməsi əsas hədflərimiz sırasında yer alıb.

İranın diplomatik xidmətinin rəhbəri qeyd edib ki, düşmənlər və terrorçular İran-Pakistan münasibətlərinin yaxşılaşmasından heç də sevinmir. Lakin bu düşmənçilik İran və Pakistan bağlarını qıra bilməyəcək və biz gələcək əməkdaşlıq istiqamətində daha da irəliləyəcəyik.

 

Teqlər