Fev 22, 2024 15:38 Asia/Baku
  • İslam dünyası sionizmin məhv olmasının şahidi olacaq

İslam İnqilabının Aliməqamlı Rəhbəri 40-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edən qari və hafizlərlə görüşdə buyurub: "İslam dünyası sionizm xərçəng şişinin yoxa çıxması və məhv olmasının şahidi olacaq".

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei cümə axşamı səhər qırxıncı dəfə keçirilən Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən yüksək səviyyəli professorlar, qiraətçilər və hafizlərlə görüşündə Quran təlimlərinin yerinə yetirilməsini bəşər və bəşər cəmiyyətlərinin ehtiyaclarını ödəyən hesab edərək, İslam ölkələrinin rəhbərlərini Qəzzə məsələsində Qurani-Kərimin təlim və göstərişlərinə əməl etmədiklərinə görə tənqid ediblər və buyurublar: "Bu gün Fələstin və Qəzzədə müqavimət qüvvələri xəbis sionist düşmənə qarşı durmaqla Qurani-Kərimin təlimlərinə əməl edirlər və Allahın lütfü ilə və Quranın vədlərinə əsasən, qələbə Fələstin xalqı ilədir  və İslam dünyası mütləq sionizm xərçəng şişinin yoxa çıxması və məhv olmasının şahidi olacaq".

Aliməqamlı Rəhbər Qəzzə məsələsini İslam dünyasının ən mühüm məsələsi adlandırıblar və əlavə ediblər: "Nə üçün İslam ölkələrinin rəhbərləri qatil sionist rejimlə əlaqələrini açıq şəkildə kəsmirlər və bu rejimə yardım etməkdən əl çəkmirlər? Allah Təala müsəlman xalqları öz hökumətlərinə sionist rejimə dəstəklərini dayandırmaq üçün təzyiq göstərmədikləri və Quranın göstərişlərinə əməl etmədikləri üçün sorğu-sual edəcək". 

O, Həzrət İslam dünyasının və Dünya azadlıqsevərlərinin Qəzzə xalqı üçün kədərli olduqlarını vurğulayaraq, buyurub: "Qəzzə xalqı elə bir kəslər tərəfindən zülmə məruz qalıb ki, onlarda insanlıq hissi yoxdur və buna görə də ən böyük vəzifə məzlum Qəzzə xalqına və müqavimət qüvvələrinin cəsarətli duruşuna və Qəzzə xalqına kömək edənlərə dəstək olmaqdır".

Qurani-Kərimin əhəmiyyətinə işarə edən Ali Məqamlı Rəhbər Quranın bütün bəşər əzablarına, o cümlədən mənəvi problemlərə, müharibə, ədalətsizlik və zülm kimi bəşəriyyətlə bağlı çətinliklərə dərman olduğunu bildirib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Quran tilavəti və qiraət sənətini müsəlmanları Quranla ünsiyyət qurmağa və onun təlimlərini dərk etməyə təşviq etmək üçün təsirli yollardan biri hesab edərək, deyiblər: “Təəssüf ki, bu gün Allah Rəsulunun (s) Quranın tərk edilməsi ilə bağlı Allaha şikayəti, İslam dünyasının bir çox bölgəsinin acı həqiqətlərindən biridir ki, bunun da nəticəsi Quranın göstəriş və təlimlərinə əməl edilməməsidir".