Mart 08, 2024 11:25 Asia/Baku
  • İran sionist rejimin hər cür avantürası haqda xəbərdarlıq edib

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi BMT baş katibinə və Təhlükəsizlik Şurasının hazırkı sədrinə məktubda sionist rejimin İrana qarşı hər cür hərbi avantürası və təxribatçı fəaliyyətləri haqda kəskin şəkildə xəbərdarlıq edib.

Əmir-Səid İrəvani Antonio Quterreşə və Yamazaki Kazuokiyə ünvanladığı məktubda bildiribdir ki, Tehran, sözügedən rejim tərəfindən İranın təhlükəsizliyi və milli mənafeyinə qarşı hər hansı təhdid və hərəkətə cavab vermək istiqamətində bütün lazımi tədbirləri görmək üçün BMT nizamnaməsi və beynəlxalq qanunlar əsasında öz qanuni və təbiii haqqını qoruyub saxlayır.

İsrail rejiminin xarici işlər nazirinin Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktuba cavab olaraq işlənib hazırlanmış məktubda deyilir:

Sionist rejimin xarici işlər nazirinin məktubunda vurulan ittihamlar tamamilə əsassızdır və qətiyyətlə rədd edilir. Bu məktub dünya ictimaiyyətinin diqqətini aparteid rejiminin Qəzzə zolağında Fələstin xalqına qarşı törətdiyi bitmək bilməyən soyqırımı və açıq-aşkar cinayətlərindən yayındırmaq üçün İsrail rejimi tərəfindən göstərilən digər bir əbəs cəhddən xəbər verir.

Yuxarıda qeyd olunan məktub həmçinin İran İslam Respublikasına qarşı əsassız ittihamların irəli sürülməsi yolu ilə BMT nizamnaməsinin, beynəlxalq qanunların ardıcıl şəkildə pozulması və İsrail rejiminin Livan əleyhinə təcavüzlərinə qanuni don geydirmək və onları ört-basdır etmək məqsədi güdən yayındırıcı bir cəhddir.

İran İslam Respublikası həmçinin Suriya Ərəb Respublikasının və Livanın beynəlxalq qanunlar altında İsrail rejiminin bu ölkələrin suverenlik, istiqlaliyyət və ərazi bütövlüklərinə qarşı hər cür təhdidi, hücumu və ya təcavüzkarcasına hərəkətləri ilə qarşılaşmada zəruri tədbirlərin görülməsi üzrə təbii haqlarına təkid edir.

 

Teqlər