Mart 13, 2024 17:39 Asia/Baku
  • Əmir-Abdullahian:

İranın xarici işlər naziri BMT, İƏT, BMT Təhlükəsizli Şurasına ünvanladığı məktubda deyib: "Qəzzədə baş verən soyqırımın hələ də davam etməsi əsrin misli görünməmiş fəlakəti barədə həyəcan təbili çalır"

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian BMT baş katibinə, İslam Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasının sədrinə və İslam ölkələrinin xarici işlər nazirlərinə Fələstində baş verənlərlə bağlı ünvanladığı məktubda açıqlamada deyib:

"BMT-nin Təhlükəsizlik Şurasının Qəzzəyə və İordan vadisinə qarşı aparılan müharibəni dayandırmaqda aciz qaldığı və ABŞ-ın öz veto hüququndan istifadə edərək bu şuranın hər hansı effektiv fəaliyyətinə açıq və qəsdən mane olmasını görürük. Hazırda isə, Fələstin xalqına dəstək üçün beynəlxalq ictimaiyyətin Qəzzə zolağına qarşı hərbi hücumların dərhal dayandırmasına və ağır şəraitdən çıxmaq üçün praktiki həll yollarının tapılması və bu istiqamətdə ciddi tədbirlərin görülməs olduqca vacib və zəruri bir haldır.

Əmir Abdullahian daha sonra vurğulayıb ki, sionist rejimin Qəzzədə, xüsusilə Rəfəhdə soyqırımın və İordan vadisində müharibə cinayətlərinə davam etməsi Qəzzəyə humanitar yardım və ərzaq göndərilməsinin qarşısını almasından əlavə rejimin soyqırımını davam etdirmək, qadın və uşaqları məhv etmək məqsədi ilə Qəzzə sakinlərini aclıq şəraitində saxlayaraq onları ölümə sürükləməsi bu əsrin misli görünməmiş fəlakət barədə həyəcan təbili çalır.

İranın xarici işlər əlavə edib: "Qəzzənin tam mühasirəyə alınması və yardım göndərilməsinin qarşısının alınmasından İsrail rejiminin mənfur məqsədlərindən biri də ictimai və sivil həyatın məhv edilməsinə şəraiti yaratmaqla Fələstində bütün yaşam izlərini yox etmək və bu ərazinin sakinlərini zorla köçürməkdir. Bu cinayətlər rejimin qəsdən Fələstin millətini və onun milli kimliyini tamamilə məhv etmək siyasətini həyata keçirdiyini sübut edir.

İran XİN başçısı məktubunda qeyd edib ki, İran İslam Respublikası, sionist rejimin Qəzzə zolağının şimalını cənubdan ayırmaq istiqamətindəki hərəkətləri, şimaldan insanların məcburi köçü üçün aclıq şəraiti hazırlaması, Rəfəhə qarşı hücumların planlaşdırılması, insanların öz yuvalarına qayıtmasının qarşısının alınması və BMT-nin yardım agentliklərinin əhaliyə çatdırmasına mane olmağını qətiyyətlə pisləyir və bu fəlakətin qarşısının alınmasını dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bilavasitə vəzifəsi hesab edir.

İranın xarici işlər naziri sonda təkid edib ki, Mübarək Ramazan ayında sionist rejimin Beytül-Müqəddəsdə və fələstinlilərə qarşı mümkün təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün təsirli tədbirlər görmək lazımdır.

 

 

Teqlər