Apr 02, 2024 15:05 Asia/Baku
  • Əmir-Abdullahiyan: ABŞ hökumətinə mühüm mesaj göndərildi

İran İslam Respublikasının xarici işlər naziri sionist rejimin Dəməşqdə İran Konsulluğuna hücumu ilə bağlı ABŞ hökumətinə mühüm mesaj göndərildiyini bildirib.

Hüseyn Əmir-Abdullahiyan bununla bağlı X sosial şəbəkəsində yazıb: “İsrail rejiminin İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumundan sonra Amerikanın İrandakı maraqlarının müdafiəçisi olan İsveçrə səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və baş verən cinayətə görə ABŞ-ın məsuliyyət daşımalı olduğu diplomatın diqqətinə çatdırılıb.

Əmir-Abdullahiyan sionist rejimin himayədarı kimi ABŞ hökumətinin cavabdeh olduğunu xatırladıb.

İranın XİN başçısı həmçinin suriyalı həmkarı Feysəl Miqdadla telefon danışığı zamanı deyib: “Netanyahu İsrail rejiminin Qəzzədə silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbindən ağlını itirib”.

O, İranın Dəməşqdəki konsulluğunun binasına hücumu bütün beynəlxalq öhdəlik və konvensiyaların pozulması hesab edib, həmçinin bu hərəkətin məsuliyyətini Təl-Əvivin üzərinə qoyaraq beynəlxalq ictimaiyyətin belə hücumlara ciddi cavab verməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Dəməşqdəki İran konsulluğunun binasına hücumuna reaksiyasında deyib ki, İran təcavüzkara necə reaksiya verəcəyinə və onun cəzalandırılacağına özü qərar verəcək.

Kənani hücumu beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb və qeyd edib: “Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən sərt şəkildə pislənilməli və təcavüzkara qarşı tədbirlər görülməlidir”.

 

 

Teqlər