Əli Baqiri: Bu, Tehranın strateji siyasətidir
https://azeri.sahartv.ir/news/İran-i411469-Əli_baqiri_bu_tehranın_strateji_siyasətidir
İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayid Al Nəhyan ilə görüşündə rəsmi Tehranın qonşu ölkələrlə yaxın əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.
(last modified 2024-05-24T05:13:45+00:00 )
May 24, 2024 09:13 Asia/Baku
  • Əli Baqiri: Bu, Tehranın strateji siyasətidir

İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayid Al Nəhyan ilə görüşündə rəsmi Tehranın qonşu ölkələrlə yaxın əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.

Əli Baqiri deyib: “Qonşularla münasibətlərdə gərginliyin azaldılması İran İslam Respublikasının qəti və strateji siyasətidir və regional əməkdaşlıq üçün effektiv olan bu strategiya mütləq davam edəcək”.

Onun sözlərinə görə, şəhid president Seyid İbrahim Rəisinin mehriban qonşuluq siyasəti öz effektivliyini sübut etdi: “Biz qonşularımızla əlaqələrimiz uğurludur. Biz qonşu ölkələrlə siyasətimizi davam etdirəcək və əməkdaşlıq sahələrini genişləndirmək üçün danışıqlar aparacağıq”, - deyə Əli Baqiri əlavə edib.