İran yeni xarici siyasət kursunda fəallıq nümayiş etdirir
Baqiri Kəni: BRİKS və ŞƏT-ə üzvlük şəhid Rəisinin mirasıdır
Xarici işlər naziri vəzifəsini icra edən Baqiri Kəni İran İslam Respublikasının iki mühüm quruma, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS Qrupuna üzvlüyünü şəhid prezidentin mirası adlandırıb.
Əli Qabiri Kəni deyib: “Bu iki qurumda üzvlük İranın beynəlxalq mövqe və mexanizminin təbliği üçün xüsusi əhəmiyyət kəsb edir”.
Hökumətin iclası çərçivəsində jurnalistlərə açıqlama verən dövlət rəsmisi qeyd edib ki, İran bir güc olaraq öz məqsədlərinə çatmaq üçün öz baxışını çoxtərəfli mexanizmlər şəklində təqdim etməlidir.
O, İranın BRİKS kimi bir qrupda mövcudluğunun ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirərək xatırladıb: “İranın iki mühüm qurumda, yəni Qərbin təhlükəsizlik mexanizmlərindən kənarda olan ən böyük beynəlxalq qurumda, yəni Şanxay Əməkdaşlıq Təşkilatında, eləcə də Qərbə aid olmayan ən böyük beynəlxalq iqtisadi və ticarət mexanizmi olan BRİKS-də mövcudluğu şəhid Rəisi və şəhid Əmir-Abdullahiyanın qiymətli və mühüm irsidir.