İyun 15, 2024 19:08 Asia/Baku
  • Ömürlük həbs cəzasına məhkum edilmiş Həmid Nuri azadlıqda

İran Ədliyyə sisteminin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi Kazim Qəribabadi İsveçdə qanunsuz həbs edilən İran vətəndaşı Həmid Nurinin azadlığa buraxıldığını elan edib.

   SəhərAzəri-nin məlumatına əsasən, Kazim Qəribabadi Həmid Nurinin azadlığa çıxması haqda verdiyi sevindirici xəbərində deyib:

“Əziz İran xalqına məmnuniyyətlə bildirirəm ki, 2018-ci ildən İsveçdə qanunsuz həbsdə olan cənab Həmid Nuri artıq azadlığa qovuşub və bir neçə saatdan sonra ölkəyə qayıdacaq. Bu uğur ədliyyə sistemindəki həmkarlarımın, Təhlukəsizlik Nazirliyində, Xarici İşlər Nazirliyində, xüsusən də qardaşım Şəhid Əmir Abdullahianın səyləri nəticəsində əldə olunub”

Bu haqda Oman İran və İsveç arasında razılaşma ilə bağlı bəyanatda verib. Bəyanatda bildirilir ki, İran və İsveç Oman Sultanlığının vasitəçiliyi ilə iki ölkədə saxlanılan vətəndaşların qarşılıqlı azad edilməsi haqqında razılığa gəliblər.

İran vətəndaşı Həmid Nuri 2019-ci il noyabrın 9-da İsveçə getdikdən sonra ölkənin polisi tərəfindən hava limanında həbs edilib. Həmid Nuri ilə əlaqə və ailəsi ilə görüşü barədə qoyyulmuş məhdudiyyətlər onun İsveç həbsxanalarında saxlanmasının son anlarına qədər davam edib. Həmid Nurinin apellyasiya məhkəməsi prosesi 2023-cü il yanvarın 11-də başlayıb və bir neçə mərhələdə keçirilib.

İsveç Ali Məhkəməsi Həmid Nurinin apellyasiya şikayətini rədd edərək, onun ömürlük həbs cəzasına məhkum edib.

Həmid Nurinin oğlu bu xəbər haqda qeyd edib:

“Qurban və Qədir bayramları ərəfəsində 1680 günlük əsirlikdən sonra qüdrətli və qeyrətli ölkə rəsmilərimizin zəhməti bəhrəsini verdi və atam Həmid Nuri indi İrana gəlir”

 

Teqlər