İyun 22, 2024 14:55 Asia/Baku
  • 3-cü teledebatda mədəniyyət sahəsi müzakirə edilib

İran İslam Respublikasında 14-cü prezident seçkilərinə 6 namizədin üçüncü teledebatı dünən gecə Tehran vaxtı ilə saat 20:00-dan 24:00-dək birinci kanaldan eləcə də “Salamat” , “ Came-cəm” və “Əl-Aləm” telekanallarından canlı yayımlanıb.

İyunun 21-ində 14-cü prezident seçkilərinə 6 namizədin iştirakı ilə 4 saat müddətində davam edən üçüncü teledebat keçirilib.

Namizədlər məğrib və işa namazlarını qıldıqdan sonra teledebata başlayıblar.

3-cü teledebatda mədəniyyət və sənət sahəsi müzakirə edilib. Namizədlər 7-ci beş illik proqramın mədəniyyət və sənət sahəsində nəzərdə tutduğu məqsədə nail olmaq üçün hansı proqramlara malik olduqlarını açıqlayıblar.

Prezidentliyə namizəd Mustafa Purməhəmmədi mədəniyyət sahəsində ədalətin vacibliyini vurğulayıb, ölkənin müxtəlif bölgələrində mədəni inkişafa bərabər şəraitin yaradılmasına, mədəni və etnik müxtəlifliyin diqqətdə saxlanılmasına təkid edib. O eyni zamanda inkişaf üçün baza olaraq mədəni təhlükəsizliyin zəruriliyinə diqqət çəkib.

Prezidentliyə digər namizəd Məhəmmədbağır Qalibaf virtual fəzada məhdudiyyətin olmamasına çağırıb ancaq eyni zamanda təhlükəsizliyin təmin edilməli olduğunu bildirib. Qalibaf virtual fəzanın yaratdığı fürsətlərin doğru düzgün qiymətləndirilməsi və ondan maksimum faydalanmağa çağıraraq eyni zamanda bu fəzanın təhdidlərinə də xüsusi diqqət yetirilməsini vurğulayıb.

Məsud Pezeşkian isə kino sahəsində fəaliyyət göstərən sənətkarlara qarşı məhdudiyyətlərin aradan qaldırılmasını bildirib. İnşa edilən şəhərciklər və yaşayış məntəqələrində sakinlərin mədəni ehtiyaclarının təmini üçün infrastrukturların yaradılmasına diqqət çəkib. Kitabın baha olduğunu və onun qiymətinin endirilməsi üçün tədbirlərin görülməsindən danışıb.

Səid Cəlili İranın mədəni məhsullar baxımından zəngin ölkə olduğunu xatırladıb və son 45 ildə mədəniyyət sahəsində geniş infrastrukturların yarandığını bildirib. O qərbin mədəni hücumuna diqqət çəkib və bunların qarşısında mövcud mədəni bazadan maksimum faydalanmaq üçün yol xəritəsinə malik olmağı vacib hesab edib. Səid Cəlili mədəniyyət sahəsindəki istehsalatın həmin yol xəritəsi əsasında tənzimlənməli olduğunu deyib.

14-cü prezident seçkilərinin digər namizədi Seyid Əmir Hüseyn Qazizadə Haşimi İran mədəniyyətinin rəqiblər və düşmənlər tərəfindən hücuma məruz qaldığını bildirib və bunlara əlverişli cavab verilməsini vacib hesab edib. O İranın əzəmətli tarixə və zəngin mədəniyyət nümunələrinə malik olduğunu xatırladıb və öz hökumətində samballı sənət və mədəniyyət əsərlərinə dəstək veriləcəyini deyib.

Başqa namizəd Əlirza Zakani xalqın sənət və mədəniyyət zövqünə uyğun əsərlərin yaradılmasına təkid edib və Tehran bələdiyyəsində bu sahədə atdığı addımları nümunə olaraq göstərməklə prezident seçiləcəyi təqdirdə bunu bütün ölkəyə aid edəcəyini deyib. Zakani samballı sənət əsərlərinin həm istehsalı əhəm də ixracatına xüsusi diqqət ayıracağını bildiirb. Sənətkarların məişəti, sığorta xidmətlərindən faydalanmaları üçün görüləcək işlərdən danışıb. O həmçinin aidiyyatı olmayan qurumların mədəniyyət və sənət işinə müdaxiləsinə mane olacağını bildirib.

14-cü prezident seçkilərinə 6 namizədin 4-cü teledebatı iyulun 24-də saat 20:00-dan 24:00-dək keçiriləcək. 4-cü teledebat “müasir dünyada İran” başlığı ilə siyasi mövzuları əhatə edəcək.