İyun 22, 2024 19:29 Asia/Baku
  • Tehranda keçiriləcək Asiya Dialoq Forumunda 30-dan çox ölkə iştirak edəcək

İran Xarici işlər naziri vəzifəsini icra edən Baqiri Kəni son üç ildə diplomatik siayəstin yaxıdan əməkdaşlıqla aparıldığını diqqətə çatdırıb.

Əli Baqiri dövlət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, Xarici İşlər Nazirliyinin fəaliyyəti ciddi şəkildə davam edir.

2023-cü ilin oktyabrından İranın sədrliyi ilə keçirilən Asiya Dialoq Forumuna (ACD) üzv ölkələrindən qatılacaq xarici işlər nazirlərinin iclası bazar və bazar ertəsi Tehranda keçiriləcəyini bildirən Baqiri Kəni əlavə edib ki, İran Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu iclasda nazirlər, nazir müavinləri və ya xarici işlər nazirlərinin müvafiq müavinləri, regional təşkilatların baş katibləri və üzv ölkələrin xüsusi nümayəndələri səviyyəsində 30-dan çox xarici nümayəndə heyəti iştirak edəcək.