Sərdar Hacızadə: “Sionistlər “Doğru Vədə” əməliyyatının icra edilməməsi üçün əl-ayağa düşmüşdü”
https://azeri.sahartv.ir/news/İran-i412248-sərdar_hacızadə_sionistlər_doğru_vədə_əməliyyatının_icra_edilməməsi_üçün_əl_ayağa_düşmüşdü
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı bildirib ki, inqilab rəhbərinin çıxışından sonra sionistlər İranın cavabının qəti olduğunu yaxşı başa düşmüşdü. Onlar qonşu dövlətlər vasitəsi ilə bizdən “yumuşaq” cavab verməyimiz üçün əl-ayağa düşümüşdü.
(last modified 2024-06-23T10:02:23+00:00 )
İyun 23, 2024 14:01 Asia/Baku
  • Sərdar Hacızadə: “Sionistlər “Doğru Vədə” əməliyyatının icra  edilməməsi üçün əl-ayağa düşmüşdü”

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı bildirib ki, inqilab rəhbərinin çıxışından sonra sionistlər İranın cavabının qəti olduğunu yaxşı başa düşmüşdü. Onlar qonşu dövlətlər vasitəsi ilə bizdən “yumuşaq” cavab verməyimiz üçün əl-ayağa düşümüşdü.

Sərdar Əmir Əli Hacızadə Vilayət ongünlüyü”nə” həsr olunmuş “Doğru Vədə əməliyyatının təsiri və nəticələri” adlı keçirilimiş konfransda “Doğru Vədə” əməliyyatına toxunaraq qeyd edib ki, bu əməliyyat sionist rejimin İranın Suriyadakı konsulluğunda törətdiyi cinayəti ilə bağlıdır. Bunun əsl səbəbi isə strateji qələbə sayılan “Əqsa Tufanı” əməliyyatıdır. Buna görə də israillilər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin “onların məğlubiyyətinin geri dönüşü yoxdur ” dediyi bu məğlubiyyəti kompensasiya etməyə çalışdılar.

SEPAH Aerokosmik Qüvvələrinin komandanı daha sonra əlavə edib ki, İran hakimiyyəti müharibə axtarmır. Amma israillilərin düşünmədiyi və İranın cavab verəcəyini təsəvvür etmədiyi qırmızı xətlər var.

General Hacızadə “Doğru Vədə” əməliyyatında dövlət şəhidləri Rəisi və Əmir Abdullahianın da roluna işarə edərək vurğulayıb ki,

bu əməliyyatın həyata keçirilməsində hökumət, diplomatiya və media silahlı qüvvələrlə çiyin-çiyinə olub və bu əməliyyatın nəticəsi çox dəyərli təsir bağışlayıb.