İyun 26, 2024 11:33 Asia/Baku
  • İran Xalqının prezident seçkilərində yüksək iştirakı gözlənilir

İranda dördüncü prezident seçkiləri 1403-cü il iyunun 28-də keçiriləcək.

Ölkənin Ali Nəzarət Şurasının iyunun 9-da verdiyi açıqlamaya görə, bu ilki prezident seçkilərində iştirak edəcək namizədlər arasından Məsud Pezeşkian, Mustafa Pur Məhəmmədi, Səid Cəlili, Əlirza Zakani, Əmir-Hüseyn Qazizadə Haşimi və Məhəmməd Baqir Qalibaf olmaqla altı nəfər səlahiyyətli şəxs prezident seçkilərində namizəd kimi irəli sürülüb.

Konstitusiyanın 117-ci maddəsi və “Prezident seçkiləri haqqında” qanunun 12-ci maddəsinə əsasən, prezident seçicilərin mütləq səs çoxluğu ilə seçilməlidir.

Bu o deməkdir ki, seçilmiş şəxs İran prezidenti olması üçün ümumi səslərin 50%-dən çoxunu qazanmalıdır.

Buna görə də bu altı namizəd arasında xalqın 50%-dən çox səsini toplayan qazanacağı deməkdir.

Əks təqdirdə namizədlərdən heç biri bu səsi toplaya bilməsə, seçki ikinci tura qədər uzadılacaq və yuxarıda qeyd olunan qanunun 13-cü maddəsinə əsasən birinci turda ən çox səs toplamış iki namizəd ikinci turda iştirak edəcəkdir.

Seyid Məcid Mir Əhmədi prezident seçkiləri ilə bağlı televiziyaya müsahibəsində bildirib ki, seçkilərin keçirilməsi üçün bütün şərait və texniki sistem hazırlanıb. Bu dövrün prezident seçkilərinin iki mərhələdə olacağı da gözlənilir.

“ İnqilabın lideri Daxili İşlər Nazirliyi tərəfindən seçki üçün təhlükəsizlik, iştirak, fəallıq və rəqabət kimi dörd əsas məsələnin nəzarətdə saxlanılmasını istəyib.

İndi rəqabət çox ciddidir və Daxili İşlər Nazirliyi və Mühafizə Ali Nəzarət Şurası əhatəli seçkilərin keçirilməsinə nəzarət edir və hər bir səs hüququ qorunur.

Altı namizədin hamısına səsvermə günü seçki qərargahında nümayəndə təyin edə biləcəyi bildirilib.

 Elektron autentifikasiya bu seçkinin sağlam keçirilməsinə kömək edəcək və mən əmin edirəm ki, bu seçki tam sağlam şəkildə başa çatacaq”-Seyid Məcid Mir Əhmədi əlavə edib.

Daxili işlər nazirinin müavini daha sonra qeyd edib ki, 220 mindən çox polis və könüllü müşahidəçi seçki məntəqələrinin təhlükəsizliyinə cavabdeh duracaq. Bütün ölkə hüdudlarında təhlükəsizlik təminatı qorunacaq və bütün təhlükəsizlik xidmətləri tam hazırlıqlı vəziyyətdə bu seçkinin əminliklə keçirilməsində əlindən gələni edəcəkdir.

Təbii ki, düşmən öz mənfur planını icra etmək üçün bəhanə axtarır. Seçkiləri boykot etmək, seçki qərargahlarına basqın, saxta qütbləşmə yaratmaq, qeyri-sabitlik, iğtişaşlar və təhlükəsizliyi təhdid edəcək çağırışlar düşmənin əl atdığı pis niyyətli işlər sırasındadır.

Amma ölkənin təhlükəsizlik xismətinin, namizədlərin və xaqlın sayıqlığı ilə düşmənin fitnəsi bir daha puça çıxacaq.

Bu arada Parlamentin “Millət” Tədqiqat Mərkəzi İnstitutunun 14-cü prezident seçkilərində xalqın iştirakı ilə bağlı keçirdiyi sorğunun nəticəsi göstərir ki, prezident seçkilərində iştirak payı 53%-dən yüksək olacaq.

 

Teqlər