Nasir Kənani:“Ölkə hüdudlarından kənarda seçkilər üçün bütün tədbirlər görülüb”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ölkə hüdudlarından kənarda seçkilərin keçirilməsi üçün bütün tədbirlərin görüldüyünü deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü xaricdə seçkilərin keçirilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 14-cü prezident seçkilərinə 48 saatdan da az vaxt qalıb.
Ölkənin diplomatik orqanlarının öz vəzifəsi əsasında, bütün səy və təşəbbüslərini göstərərək xaricdə seçkilərin tam standarlara cavab verəcəyi şəkildə seçkilərin keçirməsinə çalışdığını vurğulayan Nasir Kənani bildirib ki, Xarici İşlər Nazirliyi ilə xaricdə seçki qərargahının rəhbəri və ölkənin səfirlikləri ilə mütəmadi əlaqələr yaradılır.
“Ölkə daxilində seçkilərin keçirilməsi üçün göstərilən ciddi cəhdlər kimi, xaricdə yaşayan iranlıların da maksimum iştirakını təmin etmək üçün lazımi şərait yaradılıb”- Kənani əlavə edib.
Ali Rəhbərin “xalqın seçkilərdə maksimum iştirakı milli qüdrət və hakimiyyətin əsasıdır”-dediyi cümləsini xatırladan Nasir Kənani “xaricdəki bütün səfirliklər seçkilərə tam hazırdır” –deyə sözünə davam edib.
Bundan əlavə dövlət şəhidlərinin 40 mərasiminin qeyd olunmasına toxunan Nazirliyinin mətbuat katibi deyib ki, biz şəhid prezident və xarici işlər naziri və inqilabın digər fədailərinin şəhadətinin 40-cı günü ərəfəsindəyik.
Bu münasibətlə sabah səhər saat 10:00-dan 11:30-a qədər Rey Şəhərində Həzrət Əbdüləzim Həsəninin hərəmində şəhid Əmir-Abdullahianın 40 mərasimi keçiriləcək.