İranın XİN sözçüsü bu dövlətin narkotiklərlə mübarizədəki rolundan danışdı
Kənani: İran narkotik qaçaqmalçılığına qarşı qlobal mübarizənin bayraqdarıdır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi bu dövlətin qlobal narkotik təhlükəsi ilə mübarizədə güclü iradəsini vurğulayıb.
Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “İran İslam Respublikası Ümumdünya Narkotiklərlə Mübarizə Günündə ölüm və narkotik alverçilərinə qarşı qlobal mübarizənin bayraqdarı kimi bu qlobal təhlükə ilə mübarizədə qəti qərarlı olduğunu bir daha vurğulayır”.
Hökumət rəsmisi qeyd edib: “BMT-nin Narkotik Maddələr və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə sıx əməkdaşlığımız, bu təhlükəli coğrafi bölgədə minlərlə şəhid verməyimiz, çoxlu maddi və mənəvi xərclər sərf etməyimiz, narkotik vasitələrin böyük həcmdə kəşfləri bu qlobal təhlükə ilə mübarizə aparmaq üçün güclü iradənin olduğunu göstərir”.
Kənani bildirib: “Bu davamlı mübarizədə beynəlxalq təşkilatların İranla əməkdaşlığı çox minimal olduğu, qəddar sanksiyalar və birtərəfli məcburi tədbirlərin də bu bədnam fenomenlə mübarizədə maneə yaratdığı bir vəziyyətdə bütün insanlar üçün daha yaxşı və təhlükəsiz sabah qurmaq məqsədilə mübarizəmizi dayandırmayacağıq”.