İslam Respublikasının güclənməsi və davamı üçün xalqın seçkilərdə iştirakı vacib məsələdir
İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, seçkilər günü sevinc və şadlıq günüdür; xalqın şövqlü iştirakı və iştirakının artması İslam Respublikası üçün qəti bir ehtiyacdır.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının on dördüncü prezident seçkilərinə səsvermənin ilk dəqiqələrində öz səsini yüz on saylı qutuya salıb və belə vurğulayıblar: Əziz xalqımız üçün Allah-Taaladan ən yaxşı günlər və illər diləyirəm. Seçkilər günü biz iranlılar üçün sevinc və şadlıq günüdür, xüsusən prezidentin seçilməsi üzrə seçkilər olan zaman. Ölkənin qarşıdakı bir neçə ili məhz xalqın bu seçkisi ilə təyin edillir.
O həzrət bəyan ediblər: Biz tövsiyə edirik ki, əziz xalqımız səsvermə məsələsində və bu mühüm siyasi sınaqda iştirakı/ ciddi tutub, onu həyata keçirsin.
İnqilab Rəhbəri çıxışlarının digər bir hissəsində söyləyiblər: İslam Respublikasının güclənməsi, davamı və izzəti xalqın iştirakı ilə bağlıdır və İslam Respublikasının düzgünlüyü və sədaqətini sübut etmək üçün xalqın iştirakı lazımlı və zəruridir.
O həzrət sonra belə bəyan ediblər: Ümid edirəm ki, Allah bu ölkəyə ən yaxşı seçimi qismət edəcək; gələcək illər qənaətbəxş illər olacaq və xalq öz seçimindən razı qalacaq.