İran prezident seçkilərinin ilkin nəticələri açıqlandı
İran Mərkəzi Seçki Qərargahı 14-cü prezident seçkilərinin nəticələrini bu gün səhər saatlarından etibarən mərhələli şəkildə elan edib.
Qərargah tərəfindən 2024-cü il prezident seçkilərinin nəticələri açıqlanıb
Məlumata görə, Seçki Qərargahının sözçüsü Möhsün İslami İranda keçirilən 14- cü prezident seçkilərinin nəticələrini mərhələli şəkildə elan edib.
Səslərin hesablanmasının səhər saat 09:57-də elan edilmiş səkkizinci rəsmi nəticələrinə görə, səslərin sayıldığı məntəqələrinin sayı, 47 604 məntəqədən 442 şəhəri əhatə edib.
İndiyədək hesablanmış səslərin sayı 19,069,713-dir. Namizədlərin səsləri ardıcıllıqla
1- Məsud Pezeşkian: 8,302,577 səs
2- Səid Cəlili: 7,189,756 səs
3- Məhəmməd Baqir Qalibaf: 2,676,512 səs
4- Mustafa Pur Məhəmmədi: 158,314 səs qazanıb.