İranlılar seçki məntəqələrində fəal iştirak ediblər
İran xalqının on dördüncü prezident seçkilərindəki əzəmətli iştirakı bu seçkilərdə iştirakın yüksək həcmini göstərir. Doqquzuncu prezidentin təyin edilməsi üzrə on dördüncü prezident seçkiləri bu gün ölkə daxilində 59 şöbədə və dünyanın 95 ölkəsində keçirilməkdədir.
Bu gün səhər İran boyu on dördüncü prezident seçkilərində səsvermə prosesinin başlanması ilə bir zamanda, müxtəlif ölkələrdə yaşayan iranlılar da öncədən elan olunmuş məkanlarda yerləşən seçki məntəqələrində iştirakla iranlıların əllərilə İranın izzətinin gücləndirilməsi və müqəddəratın təyini üzrə iradələrini sərgilədilər.
İran İslam Respublikasının müxtəlif ölkələrdə yerləşən səfirliklərindən, eləcə də dünyanın müxtəlif nöqtələrində yerləşən İranın on dördüncü prezident seçkiləri üzrə digər seçki məntəqələrindən göndərilən xəbər və görüntülər ondan xəbər verirlər ki, iranlılar bu dəfə ötən dövrlərdəkindən daha şövqlü şəkildə/ öncədən elan olunmuş məkanlarda yerləşən seçki məntəqələrinə gəliblər ki, iranlıların taleyi, gələcəyi və İran üçün böyük bir qərarın qəbul edilməsi üzrə rollarını oynamış olsunlar.
Həmçinin İranda nümayəndəlik ofisinə malik olan və ya İran seçkilərini işıqlandırmaq üçün öz xəbər qruplarını göndərmiş informasiya agentlikləri, habelə informasiya və televiziya kanalları da daxil olmaqla ən mühüm beynəlxalq medialar İranda on dördüncü prezident seçkiləri prosesilə bağlı xəbər və olayları anbaan təqib edirlər.
İran İslam Respublikası prezident seçkilərinin keçirilməsinin qanuni vaxtı səhər saat səkkizdən etibarən, on saat müddətinədir və qanuna əsasən, bu vaxt/ uzadılmaq qabiliyyətinə malikdir və daxil və xaricdə bu zamanda heç bir fərq yoxdur.